Kateqoriyalar
Faydalı Məlumatlar

Uşaqlarda artıq çəki probleminin həlli yolları

Uşaqları həddindən artıq çəki almaqdan qorunmaq üçün düzgün qidalanma ilə bərabər qidalanma şəklinə və gündəlik hərəkətlərə diqqət yetirmək önəmlidir. Belə ki, uşaqların həddindən artıq çəki almaması üçün aşağıdakıları etmək olar:

  1. Yemək vaxtlarınız hər gün eyni saatda olsun. Bacara bildiyiniz qədər bütün ailə üzvləri birlikdə yemək yeyin və yemək yeyərkən bir-birinizlə söhbət etməyə çalışın. 
  2.  Uşaqlarınızın sevimli məşğuliyyətləri olmasına diqqət yetirin. Çalışın ki, bu məşğuliyyətlər hərəkətli olsun və övladınız bu işlə məşğul olarkən lazımı qədər hərəkət etsin.
  3.  Övladınıza yeni hobbilər, məşğuliyyətlər tapmaqda yardım etmək və onu daha çox hərəkət etməyə həvəsləndirmək də vacibdir.
  4. Uşaqların sağlam qidalanması üçün sizin də eyni formada qidalanmağınız və onlara örnək olmağınız olduqca önəmlidir.
  5. Günün müəyyən bir hissəsini bir neçə dəqiqəlik idman üçün ayırın. Burada özünüz də idman edərək övladınıza nümunə ola bilərsiniz.
  6. Övladınızı TV-ə baxmaqdan, kompüter oyunları oynamaqdan, bir sözlə passiv həyat tərzi keçirməkdən uzaq tutun.

Uzm. Dr. Altay Abdullaoğlu Pediatr-Neonatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir