Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Yumurtalıqların polikistozu

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • Yumurtalıqların polikistozu
Yumurtalıqların polikistozu
Fevral 5, 2019

Yumurtalıqların polikistozu

Sual: Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir?
Cavab: Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökünd?ki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanən baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmü?dür. 
Cavab: Əvvəla onu deyim ki, polikistoz çox yayılmış bir xəstəlikdir. Qadınların 5%-i bu xəstəlikdən əziyyət ç?kir. Çox tədqiqatlar aparılmasına baxmayaraq, xəstəliyin əmələ gəlmə mexanizmi dəqiq bilinmir. Amma bilinir ki, xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır. Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə, və üzdə sızanaqlara gətirib çıxarır.
Sual: Yəqin ki xəstənin şikayətləri də bu mexanizmlərlə əlaqədar olur.
Cavab: Bəli, polikistoz xəstələri bizə müxtəlif şikayətlərlə müraciət edirlər. Ən çox menstruasiya düzənsizliyi xəstələri narahat edir. Follikul yetişməsindəki pozğunluq menstruasiyaların gecikməli olmasına gətirib çıxarır. Digər bir müraciət səbəbi tükl?nm?dir. Kişi cinsi hormonlarındaki artış tüklənmənin əsas səbəbidir. Digər qrup xəstələr də, ailə qurub uşaq sahibi ola bilməyən cütlərdir. Belə? ki, follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir. Gördüyümüz kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyi sövq edir.
Sual: Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? Hansı kriteriyalara əsaslanərsınız?
Cavab: Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanən pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnasə. Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur. Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir. 
Sual: Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?
Cavab: Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Apardığımız müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə bizə menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edirik. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısınə alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldıra bilirik. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicəmizin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edirik. 
Sual: Həkim, qeyd etdiyiniz kimi, müalicə şikayətlərə görə aparılır və xəstəliyin tam aradan qaldırılması mümkün deyil. Bəs bu xəstəlik gələcəkdə orqanizm üçün hansı fəsadlar törədə bilər?
Cavab: Yumurtalıqların polikistozundan əziyyət çəkən xəstələrə diqqət yetirəndə, çoxunda piylənmənin olduğunu görə bilərik. Ona görə də bu xəstəlik metabolik sindrom dediyimiz problemin bir parçası hesab olunur. Bu xəstələr gələcəkdə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxildirlər. Buna görə də terapevtin nəzarəti altında olub, piylənməyə qarşı mübarizə aparmalıdırlar. Bədən çəkisinin azaldılması təkcə sadaladığım xəstəliklərin profilaktikasına xidmət etmir, eyni zamanda, polikistozun müalicəsində də işimizi xeyli asanlaşdırır. Belə ki, bədən çəkisinin 5% azaldılması ovulyasiyanın dərman istifadə etmədən bərpasına gətirib çıxarır ki, nəticədə menstruasiyalar nizamlanər, hamilə qala bilməyən qadınların isə uşaq sahibi olma ehtimalı artır. Polikisozlu xəstələr uşaqlıq xərçəngi baxımından da risk daşıyırlar ki, bu baxımdan da həm piylənmənin müalicəsi, həm də menstruasiyaların hormonal preparatlarla nizamlanması vacibdir.

Kateqoriya: Faydalı Məlumatlar
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (146)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Endokrinologiya (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Şəkər xəstəliyinin ağırlaşmaları
Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (4)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Şəkər xəstəliyinin ağırlaşmaları
25th Yan 2021
Təşviş pozuntusu
18th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az