Kateqoriyalar
Faydalı Məlumatlar

Yeməkdən sonra nələri etmək məsləhət görülmür?

Yeməkdən sonra nələri etmək məsləhət görülmür?

  • Yatmaq; yeməkdən dərhal sonra uzandığınızda şişkinlik, narahatçılıq olur, çünki mədədə aktiv həzm prosesi getdiyi üçün qıcqırma hiss edə bilərsiniz və bu da yuxunuza faydalı olmaya bilər. Araşdırmalara görə yeməkdən 2-3 saat sonra yuxuya gedən insanlarda iflic olma riski daha az olur.
  • Meyvə yemək; meyvəni yeməkdən əvvəl yemək tövsiyə olunur, çünki bu zaman meyvədə mövcud olan qida maddələri, lif və təbii şəkər daha çox fayda verir. Yeməkdən sonra yeyilən meyvələr köp və həzmsizliyə səbəb olur.
  • Vanna qəbul etmək (duş qəbul etmək); yeməyin rahat həzmi üçün qanın mədənin ətrafında toplanması lazımdır, ancaq yeməkdən dərhal sonra vanna qəbul etməklə bunun əksi olur. Qan qol və ayaqlarda toplanır, belə olduğu halda həzm prosesi zəifləyir və bu qarın ağrısına səbəb ola bilir. Ona görə yarım saat gözlədikdən sonra hamama girmək tövsiyə olunur.
  • Çay içmək; yeməkdən dərhal sonra çay içmək ən yayqın zərərli vərdişdir. Çayın tərkibindəki tanin turşusu protein və dəmiri bağladığı üçün yeməkdən dərhal sonra içilən çay qidanın orqanizmə verdiyi faydasını azaldır. Xüsusilə yeməyin üstündən çay içərək dəmirin sovrulması 87% azalır. Dəmir çatışmazlığı isə öz növbəsində yorğunluğa, başgicəllənməsinə, iştahsızlığa, dırnaqların qırılmasına, əl və ayaqların üşüməsinə səbəb olur.

Dr. Vüsalə Tağıyeva Dietoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir