Kateqoriyalar
Faydalı Məlumatlar

Xlamidoz infeksiyası

Xlamidioz – olduqca geniş yayılmış xəstəlikdir. Xlamidiya virus kimi canlı hüceyrənin daxilində yaşayır, lakin öz quruluşuna görə daha çox bakteriyaya oxşayır. Məhz onun bu ikili təbiəti, eləcə də hüceyrənin daxilində parazitlik etmək qabiliyyəti sayəsində xlamidiozu müəyyən etmək və müalicə etmək olduqca çətindir.

Əksər hallarda xlamidioz ilə yoluxma vaginal və anal cinsi əlaqə zamanı baş verir.

Xlamidiozun əlamətləri 
Kişilərdə xlamidiozun əlamətləri :
• sidik kanalından ifrazat (daha çox şəffaf, az miqdarda olur) ;
• sidik ifrazı zamanı ağrı (çox zaman yüngül).

Qadınlarda xlamidiozun əlamətləri :
• uşaqlıq yolundan ifrazat ;
• menstruasiya arası qanaxma ;
• qarının aşağı hissəsində ağrı.

Qeyd etmək lazımdır ki, xlamidiya (həm kişilərdə, həm də qadınlarda) çox zaman əlamət vermir. Məhz xlamidiozun əlamətsiz gedişi onun gec diaqnostikası və müalicəsinə səbəb olur, fəsadlar riskini xeyli artırır.

Xlamidiozun fəsadları

Kişilərdə ən çox fəsad – xaya artımının iltihabı – epididimitdir. Qadınlarda ən sıx rast gəlinən fəsad – uşaqlıq və əlavə törəmələrin iltihabi xəstəlikləridir ki, bunlar da qadın sonsuzluğunun ən əsas səbəblərindən biridir. 
Xlamidiozun daha biri fəsadı – Reyter sindromudur, sidik kanalı (qadınlarda uşaqlıq boynu kanalı), gözlərin və oynaqların iltihabı ilə təzahür edir.

Xlamidiozun müalicəsi
Xlamidiyanın müalicəsi kompleks və qəti surətdə fərdi olmalıdır. Xlamidiyanın müalicəsi üçün antibiotiklər və immunomodulyatorları təyin olunur.

Cinsi partnyorların birinin xəstələnməsi halında ikinci partnyoru da mütləq müayinə etmək və infeksiya müyyən edildiyi təqdirdə – müalicə etmək lazımdır. Müalicə müddətində cinsi həyatı dayandırmaq, həmçinin alkoqol və acı yeməklərdən imtina etmək, həddindən artıq fiziki və ruhi gərginliklərlən çəkinmək lazımdır. Xlamidiyanın müalicəsindən sonra pasiyent məcburi qaydada laborator kontroldan keçməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir