Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ
Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ
Fevral 5, 2019

Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ

Öskürək tənəffüs yollarının xəstəlikləri zama’nı önəmli və ən sıx rast gəlinən simptomlardan biridir.

Bu valideynləri çox narahat edən və ən çox xəstəxanaya baş vurma səbəbidir.

Davametmə müddətinə görə öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. Əgər öskürək 3 həftəyə qədər davam edirsə bu kəskin öskürək, 3 həftədən uzun davam edərsə onda xroniki öskürəkdir.

Öskürək tənəffüs orqanlarının sekresiya və yad maddələrdən təmizlənməsində önəmli rolu olan qoruyucu bir refleksdir. Öskürək reseptorları qırtlaqdan bronxiollara qədər olan məsafədə yerləşir.

Lakin bilmək lazımdır ki, bu reseptorlar həmçinin udlaqda, burun ətrafı ciblərdə, xarici qulaq keçəcəyində, timpanik membranlarda, plevra, perikard, diafraqma və mədədə tapılır.

Öskürək refleksi xəstəliklər və dərmanlarla bağlı olaraq dəyişə bilər.

Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra 2-3 həftəlik dövrdə öskürək refleksi hiperreaktiv olur və iy, aerozol, istilik dəyişikliklərinə qarşı öskürək asanlıqla dəyişə bilər. Bu dövrdə xəstə simptomatikdir. Bəzən uşaqlarda bronxların hiperreaktivliyi uşaqlarda uzunmüddətli öskürəklərə səbəb olur. Atopiya, gastroezofoqal refleks, astma, sinusitlər, xroniki infeksiyalar, autoimmun xəstəliklər, angeotenzin – çevirici ingibitor müalicəsi, siqaret çəkmə kimi faktorlar uzunmüddətli öskürəyi yaradan səbəblər kimi qeyd olunur.

Öskürək bir çox xəstəliklərlə bağlı yarana bilər. Birinci növbədə uşaqdan diqqətli anamnez toplanmalı və öskürəyin səbəbi araşdırılmalıdır. Kəskin öskürəyin ən sıx səbəbi virus infeksiyasıdır. Xronik öskürəyin ən sıx səbəbləri arasında astma, postnazal axıntı sindromu, qastroezofaqal reflüdur. Bu üçlüyü hətta “patogenik triada” adlandırırlar.

Uşaqlarda öskürək ən çox virus infeksiyası ilə əlaqədar olaraq keçirilmiş yuxarı tənəffüs yollarının iltihabı ilə bağlıdır, adətən çox zaman özü-özünə düzələ bilən bir prosesdir. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra öskürək uşaqlarda 10 günə qədər, tənəffüs yolu infeksiyasından sonra isə bir aya qədər uzana bilər.

İnfeksiyalara bağlı xronik öskürək tənəffüs orqanlarının iltihabı zamanı yaranır. Əgər uşaqda ağciyərlərin rentgen şəkli normaldırsa və xroniki öskürəyin digər səbəbləri yoxdursa, onda bunu keçirilmiş virus  infeksiyası ilə bağlı olduğunu fikirləşmək olar.

Göy öskürək və mikoplazma infeksiyaları xroniki öskürəyin ən sıx görülən etioloji səbəbi kimi qeyd olunur. Bundan başqa isə havanın kirliliyi, rütubəti, siqaret çəkmə, ailənin sosial vəziyyəti, yaşayış şəraiti bu prosesi daha da uzada bilər. Bu zaman öskürəyin yaranma səbəbi virus olduğuna görə antibiotik təyininə ehtiyac yoxdur.

Postnazal axıntı sindromu: Sinusit, allergik və allergik olmayan rinit, vazomotor rinit, postenfeksiyoz rinit postnazal axıntının ən sıx səbəbləridir. Xəstələrdə boğazda axıntı, tez-tez boğazını təmizləmə hərəkətləri, burundan olan axıntılar kimi şikayələr ola bilər. Uşaqlarda müalicə postnazal axıntının yaranma səbəbini  bildikdən sonra təyin oluna bilər. Müalicə postnazal axıntı sindromunu yaradan etioloji faktora yönəlməlidir. Məsələn, sinusit zamanı 3 həftə ərzində H.influenza və S.pneumoniae üçün uyğun antibiotik, 5 gün ərzində nazal dekonjestan, 3 həftə ərzində isə oral antihistamin vermək olar.

Astma xronik öskürəyin ən sıx səbəblərindən biridir. Xəstələr ən çox keçirilmiş infeksiyadan sonra artmış və daha çox gecələr, qaçan zaman meydana gələn öskürəkdən əziyyət çəkirlər. Müalicə astmanın dövrünə uyğun olaraq verilməlidir. İnqalyasiyon kortokosteroidlər, salbutamol,leykotrien reseptor antaqonistləri müalicədə istifadə oluna bilər.

Qastraezofoqal reflü: Bu xronik öskürəyi yaradan 3 səbəbindən biridir. Mikro və makroaspirasyalar zamanı qida borusunun distal hissəsində yerləşmiş reseptorların qıcıqlanması baş verir,bunun nəticəsində uşaqda xronik öskürək baş verir. Başlıca səbəbləri mədədə yanma hissinin olması, gəyirmə və requrgitasiya olsa da 50-75% hallarda reflü simptomları olmur. Əgər xronik öskürəyi olan uşaq ACE inqibitoru və siqaret istifadə etmirsə, bu xəstədə astma, postnazal axıntı sindromu yoxdursa onda qastroezofaqal sindromun müalicəsinə başlamaq olar. Qastroezofoqal reflünün müalicəsində H2 reseptor antoqonisti və praton pompası ingibitorlarından istifadə oluna bilər.

Eozonofil bronxit: Eozinofillik bronxit, xronik öskürəyin digər səbəblərindən biri olub, bəlğəmdə eozinofillə zəngindir və steroid müalicəsinə yaxşı cavab verir.

Çox az hallarda xronik öskürəyin yaranma səbəblərindən həmçinin xronik bronxit, bronxektaziya, sarkoidoz, vərəm, ağciyər xərçəngi, infeksiyon  səbəblər, interstiyel ağciyər xəstəliyi sayıla bilər.

Xroniki öskürəklə müraciət etmiş uşaqdan ana vasitəsi ilə dəqiq anamnez toplanmalı, lazım olan müayinələr aparılmalı və buna uyğun müalicə başlanılmalıdır.

Dr. Gülnar Abdullayeva

Pediatr

Kateqoriya: Faydalı Məlumatlar
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (146)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Endokrinologiya (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Şəkər xəstəliyinin ağırlaşmaları
Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (4)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Şəkər xəstəliyinin ağırlaşmaları
25th Yan 2021
Təşviş pozuntusu
18th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az