Kateqoriyalar
Faydalı Məlumatlar

Uşaqlarda tərləmə

Xarici tər vəziləri bədənin hər yanında yayılmışdır. Ən çox  ayaq dabanında,alın,ovuc,yanaqlarda, ən az isə bel və sarğı nahiyəsində rast gəlinir. Tər vəzilərinin miqdarı insandan insana dəyişir. Bəs uşaqlarda çox tərləmənin səbəbi nədir?İlk növbədə tərləmə yanaşı hansı şikayətlərin olmasına diqqət etmək lazımdır.

Tərləmə,simptomatik,idiopatik, və fizioloji ola bilər.

Fizioloji tərləmə: Ətraf mühitin  temperaturu,infeksiyalar,menopauza dövründə,idiopatik

Simptomatik tərləmə:Endokrinoloji , nevroloji  xəstəliklər zamanı qeyd olunur. Bu xəstəliklər zamanı tərləmə ilə yanaşı digər şikayətlər də qeyd olunmalidir.

Bəzi dərmanların qəbulu: antipiretik dərmanların,insulin,adrenerjik ,xolinerjik dərmanların qəbulu zamanı da bu baş verə bilər.

Uşaqlarda tərləmə səbəbi ən çox xəstəliklər zamanı,məsələn virus infeksiyaları zamanı qeyd oluna bilər.Xəstəlik dövründə tərləmənin artması normal haldır.Yenidoğulmuşlarda isə süd əmən zaman tərləmənin olması normal hal sayılır.Əgər vitamin D vaxtında qəbul etməzsə onda bu zaman tərləmənin olması qeyd oluna bilər.Lakin uşaqda tərləmə zamanı qanda kalsium baxılmadan kalsium verilməsi düzgün deyil.Kalsium təri azaldan preparat deyil.

Bəzi uşaqlarda bölgəsəl tərləmə ola bilər.Məsələn,baş nahiyəsində çox tərləmə,əl və ayaqda çox tərləmə.Bu da qorxulu deyil. Bəzi uşaqlarda konstitusional ola bilər.Bəzi uşaqlarda böyüdükcə bu şikayətləri ötüb keçir,bezilərində isə davam edir.

Uşaqlarda ən çox tərləmə səbəbi genetikdir. Yəni validynlərində biri çox tərləyən olduqda uşaqlarda ona oxşaya və çox tərləyən ola bilər. Əziz valideynlər,uşağıma soyuq dəyəcək deyə uşağı çox geyindirmək, otağı çox isti saxlamaq olmaz. Bu da uşaqda tərləmənin artmasına səbəb ola bilər. Təkcə tərləmə şikayəti xəstəlik deyil,bu normal fizioloji haldır. Buna görə narahat olmaq və hansı müalicəyə ehtiyac yoxdur.

Pediatr Dr. Gulnar Abdullayeva

10 replies on “Uşaqlarda tərləmə”

Oglumun 5yasi var.gece yatan kimi kureyi olur su.gece 2 3defe kureyine mayka qoyiram.bh ne alet ola biler.dogulan gundende hekime apaririq vacti vactinda.ele bir sey yoxdur deyir hekim.vitaminde yazir veririy.ama lkecmir

Salam. Bunun bir neçə səbəbi var. Ilk öncə genetik ola bilər, Vitamin D azlığına bağlı ola bilər. Qanda vitamin D miqdarına baxmaq lazımdır.
Dr. Gülnar Abdullayeva, Pediatr

Salam.oğlumun 4yaşı var körpəlikdəb ayağı ayaqqabıda çox tərləyir.ayağı soyuq olur ama su olur.başı da çox tərləyir.VitD ni yoxlatmışdım 2yaşı olanda normal idi.bu tərləmə nədən olar?

Salam Mənim Oğlumun 4yaşı var cox Tərləyir, yatarkən yasdıx su icində qalır, sabaha kimi yasdıx üzü cevirirəm, üzünə baxanda elə bil yağış yağıb uşağın üzünə , o dərəcə yəni tərliyir narahat oluram tər canında buza dönür ,

Salam. Otağın temperaturu 24 dərəcədən yuxarı olmamalıdır. Yataq geyimi də önəmlidir. Səbəbləri (D vitamini əksikliyi, genetik, bəzi xəstəliklərdən də qaynaqlana bilər) araşdırmaq üçün müayinə olunmalıdır.
Dr. Gülnar Abdullayeva, Pediatr

Salam menim oglum gece yuxuya gedir 5 deqiqe kecir bawindan ter tokulmeye bawlayir.4 bezende 5 saat ancaq men onun bawini desmalla quruduram.bizim yanimizda her Allahin gunu 4 _5 desmal olmazsa olmaz.buna gorede cox narahatam sebebi ne ola biler?

Salam. D vitamini əksikliyi, genetik, bəzi xəstəliklər zamanı ola bilər. Evin temperaturu, yataq geyimi necədir? Otağın temperaturu 24-dən yuxarı olmamalıdır. Müayinə olunub, səbəbləri araşdırılmalıdır.
Dr. Gülnar Abdullayeva, Pediatr

Salam doctur.oglumun 2 yawi var əl ayaqları tərləyir gunduzler. Gece yatanda tərləməsi olmur .
Normal haldi? Yoxsa zəhmət olmasa məlumat verərdiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir