Kateqoriyalar
Faydalı Məlumatlar

Psoriaz xəstəliyi

Bu gün 29 Oktyabr Beynəlxalq Psoriaz Günüdür. Artıq necə illərdir ki, hər ilin bu günü Beynəlxalq Psoriaz Günü kimi qeyd edilir. Məqsəd insanların diqqətini bir daha bu xəstəliyə yönəltmək və onları maarifləndirməkdir. Psoriaz və ya pullu dəmrov dərinin avtoimmun, xroniki gedişə malik dərinin yolxucu olmayan xəstəliyidir. Bu xəstəlikdən hal-hazırda dünyada 125 mln-a yaxın insan əziyyət çəkir. Bu xəstəlik sadəcə dərini zədələmir. Eyni zamanda pasiyentlərin psixoloji, sosiyal, mədəni həyatını da təsir altına alır. Xəstəliyin yaratdığı maliyyə yükü isə son zamanlar ayrı bir problemə çevrilmişdir. Pullu dəmrov dəri ilə məhdudlaşmır, bəzi hallarda daxili orqanların da zədələnməsinə gətirib çıxardır. Oynaqlardakı iltihabı reaksiya psoriatik artiritə səbəb ola bilər. Bundan əlavə pullu dəmrov xəstələri obezlik, şəkərli diabet, ürkək-damar xəstəlikləri, sümük-əzələ sisteminin pozuntularına səbəb ola bilər. Belə xəstələrin diaqnozu dəqiqləşdirildikdən sonra daima dermatoveneroloq nəzarətində qalmaları məsləhət edilir. Psoriaz xəstəliyi biryolluq aradan qaldırılmasa da bu xəstəliyin müalicəsi və xəstələrin normal həyata qaytarılması üçün çoxlu sayda dərmanlar vardır ki, dünyada və mərkəzimizdə müvəffəqiyyətlə istifadə olunur. Hal-hazırda yeni dərmanlar da icad edilməkdədir. Psoriaz xəstələri sadəcə dərman terapiyaları ilə məhdudlaşmamlıdırlar. Bu cür xəstələr daima hərəkətdə olmalı, idmanlar məşqul olmalıdırlar, stresli işlərdən və mühitdən uzaq durmalıdırlar. Zaman zaman yaz-yay aylarında günəş vannaları qəbul etməlidirlər. Spirtili içkilərdən və siqaretdən uzaq durmalıdırlar.
Psoriaz xəstələrinə səbr və şəfa diləyi ilə dəstək və sevgimizi ifadə edirik……

Hörmətlə
Dr. Mehdi İSKƏNDƏRLİ

2 replies on “Psoriaz xəstəliyi”

Salam mən kəskin və yayılmış psorioz dioqnozu ilə 2013 cü ildən etibarən əziyyət çəkirəm. Ciddi müalicə kurslarında olduğum və siqaret, spirtli içkidən azad olunmağıma baxmayaraq pu xəstəlikdən əziyyət çəkirəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir