Kateqoriyalar
Faydalı Məlumatlar

Podaqra

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə məruz qalması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. 
Orqanizmdə podaqraya səbəb olan maddələr mübadiləsi problemi mövcud olduğu halda bütün oynaqlar podaqra hədəfinə çevrilir. Oynaqların birində çox, digərində isə nisbətən az miqdarda sidik turşulu duzlar toplanır.


Podaqraya səbəb ola bilən faktorlar sidik turşulu duzların qanda çox miqdarda olmasıdır. Xəstəlik dövründə sidik turşulu duzlar (urat kristalları) strukturu zəif və zədəli olan oynaqlarda yığılmağa başlayır. Sidik turşulu duzların yığılması nəticəsində oynaqların struktur tamlığı pozulur.

Sidik turşulu duzların qanda yubanması və yaxud çox olması bir qayda olaraq böyrəklərin funksional pozğunluğu ilə bağlı olur. Böyrəklər həmin duzları xaric etmə gücünə malik olmadığı üçün və yaxud purin maddələrin qida ilə orqanizmə çox miqdarda daxil olmasından irəli gəlir.


Bir tərəfdən böyrək xəstəlikləri, digər tərəfdən purin maddələrinin orqanizmə çox miqdarda daxil olması xəstəliyin kəskinləşməsinə, duzların oynaqlarda toplanmasına şərait yaratmış olur. Purin maddələri yağlı ət və məhsullarında, yağlı balıq ətində çox olur.

Uzm. Dr. Çinarə Səfərova

Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir