Kateqoriyalar
Psixoterapiya

Panik atak nədir ?

Panik Atak nədir? Necə başlayır?

Panik Atak anidən başlayan güclü nigarançılıq hissi və qorxu tutmasıdır. Bu nigarançılıq və qorxu hissi 10 dəqiqə içində artaraq ən üst nöktəyə vurur, sonra tədricən azalmağa başlayır, sonunda yoxa çıxır. Panik halda çox şiddətli hisslər yaşaya bilərik. Arada sırada birçoxlarımızın yaşadığı və çox sıxıntı verən panik atak, həyatımızın keyfiyyətini, gözəl yaşamımızı ciddi şəkildə zədələyir. Panik atakı olan insan, evə qapanacaq bir hala gəlir, marketə, bazara getməyə, avtobusa minməyə qorxar, atak anında ona heç kimin kömək edəbilməyəcəyini düşünərək, tək qalmaqdan belə çəkinər və bu səbəbdən həran yanında birinin olmasını tələb edir.

Panik Atak özünü necə göstərir ?

  • ürək döyüntüsü
  • boğulma hissi
  • keyimə, tikanbatmalar
  • titrəmə, tərləmə, tər tökmə hissi
  • ciddi xəstəlik keçirmə yada ölüm qorxusu

Panik atak anında insan iflic, beyin qanaması və ya infarkt keçirdiyini fikirləşə bilər. O anda ürəyinin gedəcəyini, kontrolunu itirəcəyini, özündən çıxacağını düşünüb çox qorxur. İnfark keçirdiklərini düşünən panik atak xəstələri çox vaxt tutma anında təcili tibbi yardıma müraciət edir və ya xəstəxanaya gəlirlər. Çünkü böyük panik təsiri altında həqiqətən də infark keçirdiklərini düşünürlər və heçdə asanlıqla təskinlik tapmırlar.

Müayinələr aparıldıqdan sonra panik atak keçirən xəstənin ürəyində bir problem olmadığı aşkarlanır. Bugün xəstəxanalara ürək problemləri ilə yaxınlaşan xəstələrin 15-20 % panik atak keçirənlərdir. Hətta bəzən panik atak xəstələrinə ürəklərində heç bir problem olmadığı halda belə , bu yöndə hərhansı müalicələr təyin olunur. Bu da xəstənin sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən yuxarıda göstərilən əlamətləri yaşayan insanları mütləq mütəxəssis psixiatrla görüşdürmək lazımıdr.

Panik atakın səbəbləri

Panik atak psixoloji problemdir və əlbəttəki , həm psixoloji həm də bioloji səbəblərdən qaynaqlana bilər. Bu xəstəliyin təsirli bir şəkildə müalicəsi mümkündür. Panik atak keçirən insanlar, bir müddət sonra nə zaman yeni tutmam olacaq deyə düşünürlər. Buna “gözləmə nigarançılığı” adı verilir.

Belə ki, insanlar bu tutmanı gözlədikləri üçün gündəlik rutin işlərini yerinə yetirmirlər. Müəyyən yerlərə getmək istəmirlər, müəyyən vəziyyətlərlə qarşılaşmaqdan qorxurlar. bu gözləmə nigarançılığı; bəzi xəstələrdə agorafobiya adı verdiyimiz, meydanlara və açıq məkanlara çıxma qorxusunun inkişafına səbəb olur. Misal olaraq, çox ağır xəstələrdə rastlaşdığımız hallar: 6 ay və ya 1 ildirki evdən çıxmır. çünki evdən bayıra çıxdığında atakın baş tutacağından qorxur. “Birdən millətin içində ürəkdöyüntüm başlayar, nəfəssiz qalaram pis vəziyyətdə qalaram, mənə kömək edə bilən heç kim olmasa, nə olar bəs? tək başıma nə edərəm? özümdən çıxaram birdən, ölərəm birdən, iflic olaram, infarkt olaram”; kimi qayğılar Panik atak xəstəliyi olan insanları mütəmadi olaraq narahat edir.

Panik atak 10 dəqiqə içində yüksələr və keçər desək də bəzi ataklar bir neçə saat davam edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir