Kateqoriyalar
Faydalı Məlumatlar

“Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi

Reflyuks xəstəliyi nədir, xəstələrin şikayətləri nələrdir?

Reflyuks xəstəliyi, digər adı ilə qastro-ezofageal reflyuks xəstəliyi mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən qida borusuna doğru geri gəlişi ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr adətən döş sümüyünün arxasında yanma (qıcqırma) şikayəti ilə müraciət edirlər. Bəzən döş sümüyünün arxasında yanmadan başqa, qida parçalarının və suyun ağıza qayıtması şikayəti də olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi ölkəmizdə də çox rast gəlinir. Ölkəmizdə aparılmış bir elmi tədqiqatda cəmiyyətimizin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi olduğu aşkar edilmişdir.

Yaranma səbəbləri nələrdir ?

Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun  müddət, çox miqdarda mədənin turşu tərkibli içəriyi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunun selikli qişasında  zədələnməyə yol açır və bu da yanma hissinin əmələ gəlməsinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda aşağı qida borusu sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktur mövcuddur. Bu struktur turşunun qida borusuna geri qayıtmasının qarşısını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibli içəriyi qida borusuna geri qayıdır. Bu vəziyyət çox hallarda idiopatikdir, yəni səbəbi bəlli deyildir. Qida borusunun diafraqma dəliyinin sürüşən yırtığı, piylənmə xəstəliyi, bəzi dərmanların xroniki qəbulu, bəzi sistemli kollagen xəstəliklər reflyuks xəstəliyinin digər səbəbləridir.

Diaqnoz necə qoyulur ?


Alınmış ayrıntılı anamnestik məlumatlar, fiziki müayinə əlamətləri diaqnozun qoyulmasında həkimə çox kömək edir. Bariumlu qida borusu-mədə-on iki barmaq bağırsaq qrafiyası – xəstə barium içərkən, radioloqun  flyuoroskopiya altında bariumun aşağıya – qida borusuna və mədəyə keçişini araşdırdığı bir instrumental müayinə metodudur. Qasroskopiya – ucunda işıq olan elastik bir boru (endoskop) ağızdan qida borusuna və mədəyə doğru irəlilədilir və qida borusu və mədə görülərək müayinə edilir. Ezofaqus alt uc manometriyası və PH-metriya – burundan çox incə elastik bir boru qida borusunun alt ucuna göndərilərək buradakı təzyiq və yuxarı çıxmış turşu miqdarı ölçülür.

Ağırlaşmaları hansılardır ?

Əgər reflyuks xəstəliyi müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Qida borusunda daralma, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (Barrett ezofaqus, displaziyalar) səbəb ola bilər. Xəbərdaredici simptomları bunlardır:
• Udqunmada çətinlik (disfagiya)
• Qanqusma
• Boğulma hissi, öskürək, səs qısıqlığı
• Çəkinin azalması

Müalicə tədbirlərində məqsəd nədir ?


  • Simptomların ortadan qaldırılması
    • Qida borusu alt ucundakı iltihabı – ezofagiti müalicə etmək
    • Ezofagitin təkrarlamasının və ya ağırlaşmalarının inkişafının qarşısını almaq


Müalicə tədbirləri hansılardır ?


Bir çox xəstədə reflyuks xəstəliyi həyat tərzində edilən dəyişikliklərlə və dərman müalicəsi ilə kontrol altına alınır.

Həyat tərzi dəyişiklikləri:
• Siqaret buraxılmalıdır. Çünki, tütün qoruyucu mexanizmlərə zərər verir. Mədədə turşunun əmələ gəlməsinə təkan verir və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.
• Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
• Alkoqol, şokolad, kofein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklərdən və pomidor kimi turşuluğu artıran yeməklərdən qaçınılmalıdır.
• Arıqlamaq məsləhət görülür. Bir neçə kiloqramlıq kiçik çəki azalmaları belə dramatik müsbət nəticələr verir.
• Yatmamışdan ən az 3 saat qabaq yemək yeyilməməlidir.
• Çarpayının baş ucunun qaldırılması gecə ərzində turşu reflyusunun və qida hissəciklərinin ağıza gəlməsinin qarşısını alır.
• Sıx kəmər və geyimlərdən istifadə edilməməlidir.

Dərman preparatları ilə müalicə nələrdir ?

Sadəcə həyat tərzi dəyişiklikləri ilə qabağı alına bilməyən qastro-ezofageal reflyuks xəstəliyinin müalicəsində dərman müalicəsi çox əhəmiyyətli bir yer tutur. Dərman müalicəsində yer alan anti-asit qrupu dərmanlar qida borusununun aşağı sfinkterinin tonusunu artıraraq və mədə turşuluğunu azaldaraq müalicəvi təsir göstərirlər. Sadəcə həkim tövsiyyəsi ilə istifadə edilməlidirlər. Mədə turşuluğunu azaldan H2 reseptor blokatorları və proton nasos ingibitorları deyilən dərman preparatları da həkim nəzarəti altında istifadə edilməlidirlər. Konservativ müalicə ilə xəstələrin bir çoxunda qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının qarşısı alınır. Bu dərmanlarla bərabər qida borusundan mədəyə doğru keçişi asanlaşdıran “prokinetik” təsirli dərman  preparatlarının da müalicədə yeri vardır.

Cərrahi müalicə nə zaman lazımdır ?
Əgər konservativ müalicə ilə xəstələrin şikayətləri keçmirsə və qanaxma, Barrett ezofaqus, darlıq kimi ağırlaşmalar yaranmışsa cərrahi müalicə üsullarından istifadə olunmalıdır. Cərrahi müalicə üsulları turşu reflyuksunun qarşısını almağa xidmət edən qida borusu ilə mədə arasındakı təbii sfinkter mexanizmasının düzəldilməsinə xidmət edir. Ən şox istifadə olunan Floppy-Nissen fundoplikasiya əməliyyatının həm açıq, həm də laparoskopik şəkli tərəfimizdən HB Güvən Klinikasında müvəffəqiyyətlə icra olunur.

Dr.Niyazi Eminov, Ümumi Cərrahiyyə Uzmanı.

48 replies on ““Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi”

Salam. Sizin sualınıza cavab email adresinizə göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

Salam.Məndə köpmə,mədəfə diskomfort,öskürək nəticədə qusma halları olur.Acma hissi olmur.Acanda sankı mədəm yapışır,başım ağriyir.

Salam. Daha çox reflüks şikayətlərinə oxşayır. Qastroskopiya olunsaz məsləhətdir.
Dr. Şahnaz Atayeva. Qastroentroloq

Salam məndə 2.3gündü məddədə loru dildə deyək prusdub tutur4.5 saniyə sora buraxır yəni mədədə kəsgin ağrı baş verir nə etməliyəm xaiş olunur məlumat verərdiz təşəkkür edirəm

Salam. Sizin e-mail ünvanınıza ətraflı məlumat göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

Bəli, qıcqırmada qidalanma önəmlidir. Qıcıqlandırıcı qidalardan (istiotlu, bol ədviyyatlı qidalardan, şirniyyatdan, qazlı içəcəklərdən, siqaretdən) uzaq olun.
Dr. Şahnaz Atayeva, Qastroentroloq.

Salam. Qastroskopiyanı Qastroentroloq həkimimiz Dr. Şahnaz Atayeva edir. Sizə məlumat göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

Salam. Sualı yazdığınız zaman hansı gmail ünvanından daxil olmusunuzsa sizə özəl cavab yazılanda o email ünvanınıza göndəririk. Təşəkkür edirik.

Iki dosumun arasinda aqri ur,sanki kimse eliyle var gucuyle sixir nefes ala bilmirem,ya da sanki orda boyuk bir tike ilisib qalib,eyni istiqametde kureyimin dos qefesimin ortasi yanir aqri olur,bu neyin elametidir ,muayine ucun hansi hekimi ya da komeyi meslehet gorersiz? 59 yasim var,

Salam. Əməliyyat haqqında ətraflı məlumat almaq üçün Ümumi cərrah uzmnan dr. Niyazi Eminova müraciət edə bilərsiniz. Tel: (012) 959

Salam. Bu xəstəliyin tam müayinəsi necəyə başa gəlir? Lazım olan analizlər, Ph, Endoskopiya və digərlərin qiymətlərin yazardız zəhmət olmasa.

Salam.
Klinikamıza zəng edərək ( tel: 012 959) və yaxud da
Dr. Niyazi Eminovla əlaqə saxlayaraq (tel: +994 51 420 80 40) daha ətraflı məlumat ala bilərsiniz.
Müraciətiniz üçün təşəkkür edirik.

Salam.
Klinikamıza zəng edərək ( tel: 012 959) və yaxud da
Dr. Niyazi Eminovla əlaqə saxlayaraq (tel: +994 51 420 80 40) daha ətraflı məlumat ala bilərsiniz.
Müraciətiniz üçün təşəkkür edirik.

Salam. Mən endokrinoloq həkimin müayinəsindən keçdim. qastroezofaqeal reflüks və bir sıra diaqnozlar qoyulub. Xroniki vəziyyətə çevrilib. Əməliyyat tövsiyə olunub həkim tərəfindən. Soruşmaq istəyirəm bu xəstəlik üzrə əməliyyat sizin klinikanızda neçəyədir. Təşəkkürlər

Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur. Ümumi cərrah uzman dr. Niyazi Eminova müraciət edə bilərsiniz.

Salam. Bu mövzu ilə əlaqədar olaraq Ümumi Cərrahiyyə Uzmanı Dr.Niyazi Eminova müraciət edə bilərsiniz. Həkim qəbuluna yazılmaq və ətraflı məlumat almaq üçün HB Güven klinikası tel: (012) 959

salam axwaminiz xeyir menim yoldawim her seher seher oscurur ve qaytari onun ev weratinde nece malice ede bilerem ve quru yemek yiyen kimim qaytarir qaytarmasa ozune gele bilmir nece etmey olar ver her seher seher belqem getirmese ozune gele bilir ancaq oscurur

Salam. Hər vaxtınız xeyir olsun. Əgər xəstə öskürürsə, bir ağciyər xəstəlikləri mütəxəssisinə, yəni pulmonoloqa müraciət etmək lazımdır. Reflyüks ola bilər. Amma İlk öncə ağciyər xəstəliyinin inkar edilməsi lazımdır. Xəstə qida yeyir və qusursa, qastroskopiya etmək lazımdır. Mədəsinə, qida borusuna zond ilə baxmaq lazımdır. Amma ilk öncə pulmonoloqa müraciət etmək lazımdır.
Uzman Dr. Niyazi Eminov, Ümumi Cərrah

Salam reflyuks xəstəliyi ücün. Ən effektiv və ziyanı az olan dərman hansıdır? Məsləhət görərdiz zəhmət olmasa

Salam Həsən.
Reflyuks xəstəliyini kor-koranə dərman müalicəsi etmək olmaz. Öncəsində heç olmasa endoskopiya olunmalıdır. Çünki, reflyuks ilə əlaqədar olaraq qida borusunda dəyişikliklər olur və s. Dəyişikliklər varsa, ona uyğun tədbirlər görülür. Belə də ki, reflyuksdə ən çox mədə qoruyucu, mədə sekresiyasını azaldan dərmanlardan istifadə olunur. Amma dediyim kimi müayinəyə gəlib vəziyyət dəyərləndirilməlidir.
Uzman Dr. Niyazi Eminov, Ümumi Cərrah

Salam axşamınız xeyir bu siz qeyd etdiyinizide istifadə edəndə mədədə yanma dəhşət çox olur ama adi ayran yağlı yeməklər yeyəndə də şiddətli yanma gəlir yuxarı qalxır ama kusmaq olmur sizcə buna səbəb nə ola bilər

Salam Sevinc xanım.
Dediyiniz şikayətlər, hansı ki, qida qəbulundan sonra yanma olur, bu reflyuksun əlamətləridir. Müayinəyə gəlməlisiniz. Biz sizə ən azından endoskopiya edib baxmalıyıq. Reflyuksun öncəlikli müalicəsi dərman müalicəsidir. Dərman müalicəsi verib sizi müalicə etməyə çalışacağıq. Reflyuks dərman müalicəsinə tabe olmazsa, əməliyyat müalicə şəkli də var.
Uzman Dr. Niyazi Eminov, Ümumi Cərrah

Salam. Mən çəki itirirəm. Mədəmlə bağlı ola bilər? Daha dogrusu mədəmdə arada ağrılar olur. Amma iştahım yaxşıdı. Arıqlamağımın səbəbini bilmək istəyirəm

Salam Günel xanım. Kütlənin itirilməsinin çoxlu səbəbləri var. Mədə ilə əlaqədar da ola bilər. Əgər mədədə ağrılar olursa, ən azından qastroskopiya edib mədəyə baxmaq lazımdır (Mədədə bir problem olub olmadığını bilmək üçün). Yaxud da həkimə müraciət etmək daha doğru olar. Arıqlamanın müxtəlif səbəbləri var. Araşdırılsa yaxşı olar.
Uzman Dr. Niyazi Eminov, Ümumi Cərrah

sakam həkim kartof soyutması yedim soyuq 2 dəndə yumurta mədəm başladı qıcqrmaqa yani yanmaqa 2 gündürki qaynayır məni öldürür mən nə edim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir