Kateqoriyalar
Faydalı Məlumatlar

İştahsiz uşaq

İştah nədir-bu uşağın ac olduğu zaman yemək yeməyə olan həvəsidir. Tam nevroloji sağlam uşaqlarda bu 25%,nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya, aşırı kökəlmə isə piylənmə (obezitə) adlanır.Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.

  İştahasızlıq-uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə rədd etməsidir.Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır. Risk faktorları bunlardır.

-vaxtından əvvəl doğulma

-ailədə ilk uşaq

-Nevroloji və və ya anatomik problemlərin olması

-işləyən ana –atanın olması

-düzgün olmayan qidalanma

-baxıcının düzgün olmaması

-Ailə içi psixoloji  problemlərin olması

Uşağın mütləq boy və çəkisi baxılır və dəyərləndirilir. Uşağın yemək menyusuna baxılır.

 İştahasızlıq səbəbləri bu cür sıralamaq olar: orqanik,psixolojik, qidalandırma xətaları

Orqanik:yəni,mədə bağırsaq sisteminin xəstəlikləri zamanı,onların patologiyaları nəticəsində bu proses olur.Məsələn,udma aktının normal olmaması,ağızda yaraların və çürük dişlərin olmasıdır.Mədə bağırsaq sisteminin xəstəlikləri zamanı(kəskin qastroenterit,ishal,qastraezofaqol reflü və s.)

Psixoloji:Qidalanmaya təsir edən hər hansı bir mental xəstləliklər (autizim,bəzi psixi xəstəliklər)

Xroniki xəstəlikər zamanı, məsələn vərəm

İştahasızlığa səbəb olan qidalandırma xətalarına  səbəb olan dörd cəbhə:

1.Ana-baba, 2.ətraf mühit, 3.qida, 4.uşaq

Sadə də olsa bəzi səbəblər vardır ki,onlar məhz iştahsızlığı yarada bilər.Məsələn,ananın uşağı zorla yedirtməsi,daima onun ağzının kobud bir şəkildə silinməsi,vaxtından əvvəl qatı qidalara başlanması,aşırı cəza verilməsi və ya qiymətləndirilməsi

Uşaq tərəfdən hansı səbəblər ola bilər.Hələ qidalanmaq üçün tam inkişaf etməməsi,bəzi uşaqlarda neofobi deyilən bir sey var.Yəni hər hansı yeni qidanı qəbul etməməyi belə adlanır,travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.

Ümumiyyətlə yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, normal uşaqda bu şikayətlər yoxdur.Onlar aktivdirlər  və xəstələndikləri və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar

Çox hərəkətli uşaq.Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər.Buna görə narahat olmaq lazım deyil.

Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.

Diqqət əksikliyi olan uşaqlar.Onlar səssiz və sakit ortamda yeməyi sevirlər.

Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.

Bundan başqa uşaqlarda iştahsızlığa səbəb kimi düzənsiz yemək yemə,televizorla yedirtmə,səs küylü şərait,yeməyin hədsiz duzlu, istiotlu olması,böyük qaşıqla,kobud yedirdilməsi və s. göstərilir.

Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma,udma,bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir. 1 yaşa kimi uşaqlarda son illərdə neofobi deyilən bir hal qeyd edilir.Hansı ki,bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir.bu haldan qorxmaq lazım deyil.Zamanla uşaq bu hala alışacaqdır.

Uşağın boyu və çəkisi normalsa o zaman uşağın yediyi ona yetir.Ümumiyyətlə yersiz verilən vitaminlərdən qaçmaq lazımdır.Belə ki, bu zaman onların toksik təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin verilməsi də uşağın iştahı normallaşa bilər.Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.

Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər,ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur.Məsələn,omega3, siproheptadin,megestral asetat və s. kimi tərkibli  dərmanlar bu siyahıya aiddir.

Bundan başqa uşaqda dəmir defisitli anemiyalarda grelin adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir.Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.

Niasin adlı “iştah açıcı” dərman isə çox istifadə edildikdə isə uşaqda tip 2 şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilir.

İştah açıcı qidalara isə: acı bibər,istiot, adaçayı,nanə,darçın,qırmızı bibər aiddir.

Uşaqlarda iştahasızlıq olduqda mütləq 1 –ci növbədə orqanik və psixolojik səbəblər aradan qaldırılmalıdır.Əgər bu səbəblər qeyd edilmirsə onda digər köməkçi səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır.İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir!!!

6 replies on “İştahsiz uşaq”

Salam menim uşağım 9 aylıqdır hecne ana südündən başka yemir ,istəmir .ne Nestle Henz ,ev usulü sup,kasa hecnee
Nə edə bilərəm ancaq ana südü içir oda azalıb südüm

salam axsaminiz xeyir.zehmet olmasa mene komek edin.menim qizimin 6yasi var hecne yemir agliyir.mene meslehetli istah dermani deyin ama zerersiz olsun.evvelceden tesekkur edirem

Salam. Öncə müayinə edilməsi lazımdır ki, iştahsızlığın səbəbi tapılsın. Dəmir çatışmamazlığı, qanazlığı, mədə-bağırsaq xəstəlikləri, qurd infeksiyası kimi səbəblərdən ola bilər. Səbəb tapılıb, səbəb müalicə edilməlidir.
Uzman Dr Altay Abdullaoğlu, Pediatr-Neonatoloq

Salam. 2 aya qeder normal yeyib. Ana sududu ama sagub verdim dos tutmadi. 3 cu aydan azalmaya basladi yemesi. Sonra vapsi istemedi. Zorla verdim yedirde bilmedim. Hekimlere apardim sebeb tapmadilar heresi hezm ucun sirop felan yazdi tesir etmedi. Indi 7 aya kecib gucle yedirirem. Yene yuxulu yeyer ama ayiq vapsi yedire bilmirem su bele emmir icmir spristle verirem. Diresmesi oturmasi destekli bele cevrilme yoxdu. Sebeb ancaq nevrolojidi ya basqa neden ola biler? Birde duzelen problemdi? Cox xais edirem yazarsiz caresizem. Ancaq dualar ede yedirirem sukur yenede

Salam. Suala dəqiq cavab vermək olmur. Çünki, bu durumun səbəbləri çoxdur. Burda bir neçə mütəxəssis bərabər baxmalıdır; Pediatr, Uşaq Qastroenteroloqu, Uşaq Nevropatoloqu ilkin olaraq baxmalıdırlar və bərabər uşağa diaqnoz qoymalıdırlar. Analizlər də olmalıdır. Ondan sonra dəqiq nəsə deyilə bilər. Keçmiş olsun.
Uzman Dr Altay Abdullaoğlu, Pediatr-Neonatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir