Kateqoriyalar
Faydalı Məlumatlar

HİPOTİROİD NƏDİR ?

Hipotiroid yavaş irəliləyən xəstəlikdir. Bəzən bu xəstəliyin başladığı dövrdən, illər sonra əlamətləri aşkarlanır. Bəzi xəstələrdə isə simptomların erkən aşkarlanması da mümkündür. Xəstədə xroniki yorğunluq olur. Bundan başqa soyuğa qarşı çox həssaslaşır. İnsan aynaya baxdıqda özündə dəyişiklikləri görməyə bilər, ancaq uzun müddət özünü görməyən insan dəridə və üzündə fərqi hiss edə bilər: quru dəri və saç, üzdə şişkinlik tipik əlamətlərdir. Hətta səsində dəyişikliklər ola bilər. 
Bu fiziki əlamətlərin aşkarlanmasından sonra qan təhlilləri təyin edilir. Bu müayinələrdə tiroid hormonlarının səviyyələrinə baxılır və nəticələrə əsasən orqanizmdə çatışmayan hormon dərman vasitəsi ilə alınır. Həkimin göstərdiyi dozada müntəzəm dərman qəbulu və mqtəmadi kontrollar, pasientin şikayətlərinin azalması, özünü daha gümrah hiss etməsinə səbəb olur. Vacib olan, ilkin şikayətlər zamanı həkimə müraciət etməkdir.

4 replies on “HİPOTİROİD NƏDİR ?”

Salam. Bu zaman qəbul edilən hormon dərmanları şişkinliyə və ya çəki artımına səbəb ola bilərmi?

Salam.Bu xesteliyin saqalmasi mumkundurmu.Mene bu diaqnozu qoyublar.Men omur boyu derman icmek istemirem.Malicenen kece bilermi

Salam.
Hipotiroidinin müalicəsi adətən müvəqqəti deyil, ömürlükdür.
Dr. Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir