Kateqoriyalar
Faydalı Məlumatlar

Hər qaytaran körpə müalicə edilməz

Gastroezofaqal reflu(GOR) uşaqlarda bütün yaş qruplarında tez-tez rast gəlinən, mədə möhtəviyyatının qida borusuna geri qayıtmasıdır. Körpələrdə qaytarma halları tez-tez rast gəlinir və bu hal adətən yeməkdən sonra baş verir. Tez-tez qaytarma olduğu halda yeməsi yaxşı olan, çəki artımı normal olan ve başqa ciddi narahatlığı olmayan körpədə heç bir müdaxiləyə gərək yoxdur. Bu hal zamanla azalır və adətən 12-24 aylarında öz özünə keçib gedir. Lakin qaytarma hallarında körpələrdə ciddi problemlər yaranarsa, çəki artımı azalarsa, inkişafdan geri qalma müşahidə edilərsə bu zaman müalicə edilməsi gərəkir.
GOR –məktəbəqədər və məktəb yaşlı uşaqlarda özünü fiziki inkişafdan geri qalma, uzunmüddətli səbəsiz öskürəyin olması, qarın nahiyəsində, döş sümüyü arxasında ağrıların olması, ürəkbulanma, qida borusunda yanma hiss və s. kimi sikayətlərlə özünü göstərir. Bu zaman həkim tərəfində müayinə olunmalı və müvafiq müalicə aparılmalıdır.

Uzm. Dr. Altay Abdullaoğlu Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir