Kateqoriyalar
Faydalı Məlumatlar

Böyüklərdə rast gəlinən ayaq və daban ağrıları

Böyüklərdə rast gəlinən ayaq və daban ağrıları bir sıra səbəblərdən yarana bilər. Əsas səbəblərə daban şporu(daban mahmızı,daban tikanı) aid edilə bilər.Bu özünü adətən səhər yuxudan oyananda və uzun müddət bir yerdə oturanda ayağa qalxarkən ayaqda və daban altında kəskin ağrıları yaranması ilə özünü biruzə verə bilər. Adətən 40 yaşlardan sonra rast gəlinir.Lakin idmanla məşğul olanlarda daha tez yarandığı görülə bilir.Bu xəstəlik ümumi adla Plantar fassit adlanır.

Diaqnostikası adətən həkim müayinəsi və dəqiqləşdirilməsi üçün isə rentgen müayinəsi kifayət edir.

Müalicəsinə gəldikdə isə konservativ və cərrahi müdaxilədən ibarətdir.Adətən konservativ müalicə ilə bu problem düzəlir.2-2,5 % hallarda isə cərrahi müdaxilə gərəkə bilir.

Konservativ müalicədə adətən qeyri-steroid iltihab əleyhinə dərmanlar: tabletka və mazlar,müəyyən ayaq gimnastikaları,yerli olaraq dabana steroid inyeksiyası vurulması,fizioterapiya,yüksək zərbə dalğa terapiyası təyin edilə bilər.

Cərrahi müalicədə isə plantar fassiyanın dabana birləşən yerindən kəsilməsi icra edilir.

26 replies on “Böyüklərdə rast gəlinən ayaq və daban ağrıları”

Salam mendede eynen 3 aydir az az olurdu dabanda agri indi dahada guclanir.sahar duranda geze bilmiram.sinra az maz duzalir.indi isa agrisi kecmir.sag dabanimda.bir yerde oturum duranda gaza bilmiram.

Salam. Müayinə sonrası müalicə təyin olunur.
TüFD uzman Dr. Rəşad Zeynalov, ortoped travmatoloq.

Salam.Buhal mənim qaynanamdada baş verir.Hər cür mazlardan ( indomeçin,jokartil,diklofenak) istifadə etmişik xeyri olmayıb.Deyə bilərsiz hansı mazlar,həblər kömək edir?

Salam. 9 aydan çoxdur ki bu hal mənim qaynanamda da olur.Hər cür mazlardan( diklofenak,indomeçin,jokartil) istifadə etmişik heç biri ağrını kəsməyib.Deyə bilərsiz hansı mazlar efektli olar?

Salam.Sadəcə mazlar kömək etməz. Müayinə olunmalıdır.
TüFD uzman Dr. Rəşad Zeynalov, ortoped travmatoloq.

Mənim yoldaşımda 6-7ay olar ki ağrıları olur sol ayağının dabanında 2-3ay olar ki ağrılar şidətlənir son 1həftə 10gün olar ki Nevazin məlhəmi sürtür ağrıları azalır.

Salam hardasa bir aydiki menim sol ayagimin dabani agriyir seher hecne olmur uje gunoratdan sonra une basliyir ayagimi basdigca agrimaga indometasjn maz cekdim nece gun tesir etmedi

Salam. Müayinə etmək lazımdır.
TüFD, Uzman Dr. Rəşad Zeynalov, Travmatoloq Ortoped

Salam menim davanım ağrıyır 40 yaşım var bu ilerde get gede çox ağrıyır seher yuxudan duranda eyağımı yere basamıram yeridikce acılır. Evde damaşniksiz yere qoyamıram yumuşak nese lazımdı davanıma.

Salam. Daban mahmızı (şpora) xəstəliyi ola bilər. Müayinəyə gəlin baxaq.
TüFD Uzman Dr. Rəşad Zeynalov, Ortoped Travmatoloq

Salam.Məndə də dabanda bərk ağrı olur .Yeriyəndə bir az azalır.Amma Məndə belin orta sümüyündə və ayaq sümüklərində sızıltılı bərk ağrı olur.Bu hansı xəstəliyin əlamətidi? 37 yaşım var.Məndə uşaqlıq yolunun sallanması var bundan ola bilər?Xahiş edirəm kömək edəsiz.

Salam. Daban ağrısı onurğqnın bel nahiyəsindəki problemdən qaynaqlana bilər.
Tüfd, Uzman Dr. Rəşad Zeynalov, Ortoped Travmatoloq.

SALAM ALEYKUM DOKTOR MƏNİMDƏ DİZLƏRİM TOPUQLARIM DABANINLARIM DƏHŞƏTLİ DƏRƏCƏDƏ AĞRIYIR ÜSDÜNÜ SALIĞ NƏ EDİMKİ, KƏSSİN AĞRISI. ÇOOX XAİŞ EDİRƏM YARDIM EDİNİZDƏ . UŞAQ MƏNİ DARTA DARTA APARIR ELƏ YERİYİRƏM YAŞIMDAKI, 35 Dİ. İMKANIMDA ELƏ YOXDUKİ, MÜAYİNƏ OLUNUM MÜALİCƏ OLUNUM NECƏ KÖMƏK EDƏ BİLƏRSİZ ALLAH XATİRİNƏ UŞAQMA GÖRƏ NƏ OLUR.

Salam. Müayinə olmadan bir şey demək çətindir.
Tüfd, Uzman Dr Rəşad Zeynalov, Ortoped Travmatoloq

Salam eleykum menim dabanimla pencemin arasi yere deymeyen nahiyede azaciq wiw var ama bir noktesi dehwetli agriyir hemde yangi verir sanki qaymar wiw soxurlar hemin yere derdi nedir bilmirem uzun muddet gezende ve az bir zaman uzanili yada oturaq vezyetde qalanda durram ayagimi yere basa bilmirem sebebini bilmey isteyirem revmatizmam cuzi var deyirler hekimler bes bu nedir menim yaxamdan el cekmir

Salam. Plantar fasiit’in şikayətlərinə oxşayır. Müayinə etmək lazımdır.
Tüfd, Uzman Dr Rəşad Zeynalov, Ortoped Travmatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir