Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Bel ağrılarını yaradan səbəblər

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • Bel ağrılarını yaradan səbəblər
Bel ağrılarını yaradan səbəblər
Fevral 5, 2019

Bel ağrılarını yaradan səbəblər

Əhalinin demək olar ki, 70 faizi bel ağrısından əziyyət çəkir. Xüsusilə 20-35 yaş arası insanlarda daha çox müşahidə olunur. Bunun da əsas səbəbi hərəkətsiz həyat tərzidir. Uzun müddət oturmaq, uzun müddət yatmaq və ya eyni hərəkət halında qalmaq bel ağrısını yaradan əsas faktorlardandır. Peşə xəstəlikləri dediyimiz kateqoriyaya bel və boyun ağrıları da daxildir. El arasında “qrija” deyilən bel yırtığı ağrının əsas səbəbidir. Ümumiyyətlə, 3 aydan artıq davam edən ağrılar xroniki ağrı adlanır. Sinir mənşəli ağrılar daha çox olur. Bu da öz növbəsində xəstənin sosial həyatına mənfi təsir edir. Hətta bir çox hallarda bel ağrılar depressiyaya səbəb olur. Ona görə də bəzi xroniki ağrılarda biz xəstələrə antidepresan dərmanlar veririk. Xüsusilə ankoloji xəstələrdə bu vəziyyət daha sıx rast gəlinir.

Hər hansı bir ağırlıq qaldırarkən balanslı şəkildə qaldırmaq, ağırlığın bir tərəfli olmamasına diqqət etmək çox vacibdir. Bel insanda ən çox hərəkət edən bölgədir. Ağırlıq qaldırdığımız zaman ən çox yük bu nahiyəyə düşür. Burada həssas nöqtələr olduğundan ani hərəkət belə belin zədələnməsinə səbəb ola bilər. Məsələn, illərlə heç bir bel ağrısı olmayan insanda 40-50 yaşından sonra ani bir hərəkətlə şiddətli bel ağrısı yaranır. Bu zaman anamnez (yəni, xəstəni dinləməklə) etməklə 75% diaqnoz qoymaq mümkündür.

Ağrılar beldəki potologiyalarla əlaqəli olur. Əgər sinirə təzyiq varsa, ağrı ayaqlara, bəzən barmaqlara, bəzənsə dizlərə qədər vura bilir. Və yaxud da diabet, onkoloji və ya müxtəlif qan xəstəliklərində problem sinirin özündə olur. Müayinələr heç bir potologiyanın olmadığını göstərir. Amma sinirin özündə qidalanma problemi olduğu üçün funksional normallıq pozulur və bel ağrısı bundan qaynaqlana bilir.

Oynaq potologiyalarında isə ağrı ancaq bel nahiyəsində olur, ayaqlara vurmur. Lakin xəstədə bel yırtığı əmələ gəlibsə, ayaqlarda da ağrı müşahidə olunur.

Çox ağrısı olan xəstə üçün istirahət etməyi məsləhət görürük və bu müddətdə onu nəzarət altında saxlayırıq. Xəstənin vəziyyətindən asılı olaraq ona gün ərzində 3 km yeriməyi və üzməyi tövsiyə edirik.

Uzm. Dr. Kahraman Seyfidarov

Anestezioloq-reanimoloq, alqoloq

Kateqoriya: Faydalı Məlumatlar
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (146)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Endokrinologiya (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Şəkər xəstəliyinin ağırlaşmaları
Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (4)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Şəkər xəstəliyinin ağırlaşmaları
25th Yan 2021
Təşviş pozuntusu
18th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az