Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Əlaqə
    • Həkim qəbuluna yazıl
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Anesteziya nədir ?

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • Anesteziya nədir ?
Anesteziya nədir ?
Fevral 5, 2019

Anesteziya nədir ?

Anesteziya iki kəlmənin birləşməsindən yaranıb və “an” “yox olması, itməsi”, “estezi” isə “hiss” deməkdir. Yəni hissin itməsi, yox olması mənasını ifadə edir. Bu da insan yarandığı gündən bəri mövcuddur. Əvvəllər ağrını azaltmaq üçün hər vasitədən istifadə olunub. Belə ki, ağrı olan yeri sıxaraq, soyuq tətbiq edərək ağrını keyitməyə çalışıblar. Hazırda istifadə olunan anesteziya isə ümumi, lokal və regional keyitmə olaraq 3 yerə bölünür. Lokal anesteziya sadəcə müdaxilə ediləcək yerin keyidilməsidir ki, bu qısa müddətliyinə olur və yerli keyitmə adlanır. Regional anesteziya isə ayaqlarda, qollarda, əldə və ya diafraqmadan aşağı nahiyələrdə hər hansı cərrahi müdaxilə zamanı tətbiq olunur. Hətta bəzi yerlərdə regional keyitmə ilə ürək əməliyyatı belə olunur.

Əvvəla anesteziya bir dərmandır. Hər il tibb inkişaf edir və hər yeni çıxan dərmanın ən yaxşısı olduğu deyilir. Təbii ki, hər zaman çalışırıq xəstə üçün ən zərərsiz vasitələrdən istifadə edək. Məqsədimiz xəstənin əməliyyatdan sonra tez ayılması, ağciyər, ürək və beyin üzərində minimum depressiv təsirin olması və vasitələrin bahalı olmamasıdır. Elm adamları bunun üzərində çalışır amma bu vasitənin nəticələri haqqında tam məlumat əldə etmək üçün 10-15 il, bəlkə də daha çox  zaman keçməlidir. Əvvəllər istifadə olunan dərmanların nəticəsində baxdığımız zaman böyrək, qaraciyər, ürəyin ritminin pozulmasına təsir göstərdiyini görürük. Lakin hazırda istifadə etdiyimiz dərmanların zərərlərini minimuma endirmək üçün əvvəlcədən tədbir görürük. Əvvəllər xəstədə əməliyyatdan sonra anesteziyanın təsirində ürəkbulanma müşahidə olunurdu. Indi bunun qarşısını almaq üçün “narkozu” ya venadaxili, ya da ağciyərdən ötürürük. Qeyd edim ki, hər xəstəyə spesifik yanaşırıq.

Yerli keyitmə ilə ümumi anesteziyanın zərərləri arasında çox fərq olur. Əvvəla xəstə sadəcə bədəndən ibarət deyil. Buna görə də hər hansı cərrahi müdaxilə zamanı onun həm də psixoloji vəziyyəti nəzərə alınır. Deyək ki, xəstə uzadılıb və üzü masqalı bir neçə həkim onun hər hansı nahiyəsində cərrahi əməliyyat edir. Bu zaman xəstənin psixoloji vəziyyəti çox önəmlidir. Ona görə də xəstəyə yüngül sedasiya verilərək huşsuz vəziyyətə gətirilir. Anesteziyanın yerli və ya ümumi olmasından asılı olmayaraq, xəstə əməliyyat öncəsi hərtərəfli müayinə olunur. Hər hansı allergik xəstəliyi varmı, böyrəyində və ya ürəyində problemin olub olmaması yoxlanılır. Çünki verilən dərmana bədənin reaksiya dəyişə bilir. Buna görə də xəstənin ümumi anezteziyaya keçirmə ehtimalı yüksəkdir. Bu həm lokal, həm də regional anezteziya üçün keçərlidir. Bu səbəbdən də biz hər xəstəni ümumi “narkoz”a uyğun şəkildə hazırlayırıq.

Anezteziyada heç bir məhdudiyyət yoxdur. Təcrübəmdə bir günlük körpə də əməliyyat olunub, 90 yaşından yuxarı da. Indiyə qədər heç bir problem yaşanmayıb, ümid edirəm ki, bundan sonra da olmaz. Buna görə də, hər bir xəstə dəqiqliklə müayinə olunur və onun vəziyyətinə uyğun olaraq “narkoz” verilir. Təbii ki, bütün risklər, baş verə biləcək hallar haqqında xəstəyə və xəstə yaxınlarına məlumat verilir. Ümumiyyətlə, xəstə yaxınlarının razılığı olmadan biz heç bir şey edə bilmərik. Fövqaladə vəziyyət, həyati təhlükə istisna təbii ki. 

 Cəmiyyətdə “narkoz”dan ayılmadı deyə bir anlayış var. Lakin bizim verdiyimiz dərmanların müddəti bəllidir. Yəni nə vaxt yatıb nə vaxt oyanacağı dərmanın dozasına görə əvvəlcədən müəyyən olur. Lakin ayılma müddəti bəzi hallarda uzana bilir. Bu da ağciyər və ya böyrək yetməzliyi səbəbilə baş verir ki, bu zaman xəstə reanimasiyaya yerləşdirilir. Lakin heç ayılmama kimi bir vəziyyət mümkün deyil. Olursa da səbəb “narkoz” deyil. Bu da daha sonra araşdırıldığı zaman ortaya çıxır.

 Əməliyyatdan əvvəl xəstənin bütün orqanlarını tanımağa çalışırıq. Qaraciyər və böyrəyin fəaliyyəti hərtəfərli yoxlanılır. Ürəyində ritm bozğunluğu və ya xolesterolun yüksək olmasında şübhələniriksə mütləq “exo” olunur. Bu cür xəstələrimizdə biz təzyiqi çox sala bilmirik. Çox saldığımız zaman infarkt ehtimalı yüksək olur. Əməliyyat müddətində ürək ritmi anbaan izlənilir. Və təzyiq nəzarətdə saxlanılır. Bununla yanaşı, xəstənin nə dərəcə dərinlikdə yatdığını göstərən monitorinq aparatı mövcuddur ki, bu da xəstənin vəziyyəti haqqında məlumat verir.

Uzm. Dr. Kahraman Seyfidarov

Anestezioloq-reanimoloq, alqoloq

Kateqoriya: Faydalı Məlumatlar
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (160)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Endokrinologiya (2)
    • Ginekologiya (5)
    • İnfeksion xəstəliklər şöbəsi (2)
    • Kardiologiya (2)
    • Kosmetologiya (1)
    • Oftalmologiya (1)
    • Pediatriya (4)
    • Psixoterapiya (5)
    • Qastroentrologiya (1)
    • Revmatologiya (1)
    • Stomatologiya (1)
    • Uşaq cərrahiyyəsi (1)
    • USM (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Makulodistrofiya nədir?
Uşaqlarda əyripəncəliyin müalicəsi
Fəsadsız dərman yoxdur
Botoks və dolğu nə ilə fərqlənir?

Son Şərhlər

  • HB Güven Klinik on COVID19 Peyvəndi
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • HB Güven Klinik on Qastrit və Xora xəstəliyi zamanı qidalanma.
  • Nişanə on COVID19 Peyvəndi

Arxiv

  • Aprel 2021 (1)
  • Mart 2021 (5)
  • Fevral 2021 (7)
  • Yanvar 2021 (5)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi botoks botoks proseduru dolgu dolgu haqqinda dolğu dolğu nədir endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq menapauza menopauza menopauza nədir ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti premenopauza qadinlarda istilik basma qadin xesteliyi təbii botoks

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Makulodistrofiya nədir?
09th Apr 2021
Uşaqlarda əyripəncəliyin müalicəsi
29th Mar 2021

Bizi Facebook-da izləyin

Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az