Kateqoriyalar
Xəbərlər

AVROPA UŞAQ UROLOGİYASI CƏMİYYƏTİNİN (ESPU) TƏŞKİL ETDİYİ UŞAQ UROLOGİYASI KURSU

[vc_row][vc_column][vc_column_text]

Avropa Uşaq Urologiyasi Cəmiyyəti (ESPU) hər il Uşaq Urologiyasi üzrə kurs təşkil edir. Uroloq, uşaq cərrahları və pediatrlar, eləcə də bu ixtisaslar üzrə təhsil alan həkim-rezidentlər üçün uşaq urologiyası xəstəlikləri və müalicələri haqqında müasir səviyyədə bilik və bacarıqların artırılması məqsədilə 2018-ci ilin kursu bu dəfə HB Güvən klinikasının da təşkilatçılığı ilə Bakıda Hyatt Regency otelində 6 Oktyabr tarixində keçirildi. Təlim zamanı uşaq urologiyası xəstəliklərinin elmi əsaslarına həsr olunmuş mühazirə və video mühazirələr oxundu, əməliyyatlar nümayiş olundu. Təlimdə ölkəmizin qabaqcıl mütəxəssisləri moderatorluğu altında Avropanın müxtəlif mərkəzlarindən dəvət olunmuş uşaq uroloqları mühazirə etdi. Uşaqlarda sidik cinsiyyət sistemi üzvlərinin anadangəlmə qüsurlarına müasir yanaşmalar, uşaqlarda böyrək və sidik axarı daşlarına müalicə metodikaları, uşaqlarda sidik yolları infeksiyaları və səbəb olan xəstəliklər, sidik axarı reflüksu, arxa uretral klapan, sidik axarı genişləməsi və səbələri uşaqlarda görülən böyrək törəmələri müzakirə olundu.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_gallery interval=”3″ images=”3366,3365,3348,3349,3350,3351,3352,3353,3354,3355,3356,3357″ img_size=”large”][/vc_column][/vc_row]