HB Güvən klinikasının Radiologiya şöbəsi ən son model cihazlar vasitəsi ilə milyonlarla insanın xəstəliklərini vaxtında və daha düzgün aşkar edir. Bu isə xəstəliyi erkən mərhələdə və düzgün istiqamətdə müalicə etməyə imkan yaradır. Tibbi görüntüləmə cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik informativliyi ilə fərqlənir. Müayinələr Respublikamızda yalnız HB Güvən klinikasında olan son premium cihazı Phillips Affeniti 70 vasitəsilə aparılır.