Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Əlaqə
    • Həkim qəbuluna yazıl
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Təcili Tibbi Yardım

  • Ana Səhifə
  • Şöbə
  • Təcili Tibbi Yardım
Təcili Tibbi Yardım

HB Güvən Klinikasının Təcili Tibbi Yardım Şöbəsi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə həftənin hər günü 24 saat boyunca hər növ təcili və ilkin tibbi yardım göstərir.

Şöbənin tibbi personalı təcili yardım və reanimasiyada illər boyu çalışmış və zəngin iş təcrübəsi əldə etmiş peşəkar həkim-mütəxəssislərdən ibarətdir.

Təcili Tibbi Yardım Şöbəsində çalışan həkimlərin əksəriyyəti ilk və təxirəsalınmaz yardım üzrə beynəlxalq sertifikatlara sahibdirlər.
HB Güvən Klinikanın TTY şöbəsinin işi operativ xidmət istiqamətində təşkil olunub.

Gecə növbəsində həkimlərimiz baş vermiş hər hansı fövqəladə hadisə zamanı pasiyentin sağlamlığı uğrunda mübarizədə bütün kollektivin köməyindən faydalanır.

Təcili Tibbi Yardım Şöbəsinə gətirilən xəstələr ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda tibbi müdaxilə edilir, lazım gəldikdə isə klinikanın digər şöbələrinə yönəldilir.

Bakı şəhəri və ətraf regionun istənilən ünvanında operativ və fasiləsiz olaraq təcili tibbi yardım göstərmək məqsədi ilə bizim briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırır. Artıq altı ildən çoxdur ki, uğurla fəaliyyət göstərən “ALO 959” Ambulans xidməti fövqəladə çağırışların operativ qəbulu, xəstələrə evdə ilkin müayinə və müdaxilə olunması, ehtiyac olduğu zaman isə xəstənin klinikaya vaxtında çatdırılması ilə özünü doğruldub. Müasir standartlara uyğun olaraq lazımı tibbi cihazlar və ləvazimatlarla təchiz olunmuş ambulans maşını ilə hər an pasiyentlərə təcili tələb olunan hər cür tibbi xidmət göstərmək imkanımız var. Hətta tələb olunduğu zaman ev şəraitində bütün növ Laborator analizlər, EKQ, USM, Rentgen müayinələrini həyata keçiririk.
Güvən Klinikanın TTY şöbəsinin işi operativ xidmət istiqamətində təşkil olunub. Gecə növbəsində həkimlərimiz baş vermiş hər hansı fövqəladə hadisə zamanı pasiyentin sağlamlığı uğrunda mübarizədə bütün kollektivin köməyindən faydalanır. Təcili Tibbi Yardım Şöbəsinə gətirilən xəstələr ixtisaslı həkimlər tərəfindən müayinə olunur,  ehtiyac olduqda tibbi müdaxilə edilir, lazım gəldikdə isə klinikanın digər şöbələrinə yönəldilir.
TTYŞ-də həyata keçirilən bütün tibbi xidmət növləri haqqında xəstənin yaxınlarının məlumatlandırılması bizim əsas iş prinsiplərimizdəndir. Pasiyentimiz və onun  yaxınları ümumi vəziyyət, bununla əlaqədar tətbiq olunacaq prosedurlar haqda ətraflı məlumatlandırılır.  Göstərilən bütün tibbi xidmətlərin təyinatı və mahiyyəti barədə məlumatlar ətraflı şəkildə xəstəyə və onun yaxınlarına izah edilir. Hər iki tərəfin razılığı əsasında tibbi xidmət həyata keçirilir.

Sizin müraciət, bizim xidmət, qulluğunuzdadır təbabət!

Müraciət

    Şöbələr

    • Alqologiya
    • Anesteziologiya-Reanimatologiya
    • Cərrahiyyə
    • Dermatologiya
    • EGO Psixonevroloji Sağlamlıq Mərkəzi
    • Endokrinologiya
    • Fizioterapiya və Reabilitasiya
    • Ginekologiya
    • Kardiologiya
    • Laborator Diaqnostika
    • Nevrologiya
    • Oftalmologiya
    • Ortopediya-Travmatologiya
    • Otorinolarinqologiya
    • Pediatriya
    • Plastik cərrahiyyə
    • Qastroentrologiya
    • Rentgenologiya
    • Terapiya
    • Təcili Tibbi Yardım
    • Urologiya
    • Uşaq cərrahiyyəsi
    • USM

    İş Saatları

    • Bazar.e - Şənbə
      9.00 – 18.00
    • Tibbi Laboratoriya
      24/7
    • Təcili tibbi yardım
      24/7
    Çağrı Mərkəzi
    (012)959

    Əlaqə məlumatları

    Atatürk prospekti 3078, Bakı AZ1108

    • Çağrı Mərkəzi (012) 959
    • Email [email protected]
    • Vebsayt www.guvenklinik.az
    Xəritədə yerini göstər

    Vacib Səhifələr

    • Haqqımızda
    • Şöbələr
    • Həkimlər
    • Check Up
    • Xəbərlər
    • Kariyera
    • Əlaqə

    Son yeniliklər

    Makulodistrofiya nədir?
    09th Apr 2021
    Uşaqlarda əyripəncəliyin müalicəsi
    29th Mar 2021

    Bizi Facebook-da izləyin

    Facebook Pagelike Widget
    © 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az