USM


HB Güvən klinikasının Radiologiya şöbəsi ən son model cihazlar vasitəsi ilə milyonlarla insanın xəstəliklərini vaxtında və daha düzgün aşkar edir.  Bu isə xəstəliyi erkən mərhələdə və düzgün istiqamətdə müalicə etməyə imkan yaradır. Tibbi görüntüləmə cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik informativliyi ilə fərqlənir. Müayinələr Respublikamızda yalnız HB Güvən klinikasında olan son premium cihazı Phillips Affeniti 70 vasitəsilə aparılır.

 

USM müayinələr:

 

◊ Süd vəzi.

◊ Yüzeyel (səthi).

◊ Bud-çanaq oynağı.

◊ Hamiləlik (doppler).

◊ Serero vaskular dopler.

◊ Qaraciyərin elestoqrafiyası.

◊ Aşağı ətrafların arterial və venoz doppleri.

◊ Yuxarı ətafların arterial və venoz doppleri.

◊ Kompression elastoqrafiya (trioid, məmə, sidik kisəsi, pelvis).

 

Elastoqrafiya

 

Elastoqrafiyanın əsas məqsədi USM müayinəsi zamanı, xoşxassəli və bədxassəli törəmələrin biopsiya edilmədən differansasiyasıdır. Elastoqrafiya  vaxtında qoyulan erkən diaqnoz, çoxsaylı və mənasız punksiyaların sayını azaldır.

Philips affiniti 70 cihazı vasitəsilə elastoqrafiya 2 üsulla aparılır.

 

Qaraciyərin elastoqrafiyası (PureWave):

 

Qaraciyər elastoqrafiyası vasitəsilə qaraciyərin sərtlik dərəcəsi ölçülür.

 

Qaraciyərin elastoqrafiyası üçün göstərişlər:

 

40 yaşından sonra bütün şəxslərə.

B, C, D hepatitlər zamanı.

Qeyri-alkoqol hepatosteatoz zamanı.

Alkoqollu hepatosteastoz zamanı.

Qaraciyərin autoimun xəstəlikləri zamanı.

Jilber sindromu və qaraciyərin dgər irsi xəstəlikləri zamanı.

Qaraciyərin sirrozu, fibrozu və onlara şübhə olunan zaman.

Şəkər xəstəliyi.

Xolesterin və triqlesiridlərin yüksəlməsi zamanı.

 

Kompression elastoqrafiya:

 

Kompression elastoqrafiya medotu ilə müayinə oluna xəstəliklər:  

 

Süd vəzi.

 

Süd vəzisinin elastoqrafiyası üçün göstərişlər:

Palpasiya zamanı hiss olunan törəmə zamanı.

Kista və fibroadenoma arasında aparılan differensial diaqnostika.

Palpasiya zamanı hiss olunmayan törəmənin etiologiyasının müəyyənləşdirilməsi zamanı.

İltihab infiltratın olması.

Regionar limfatik düyünlərin vəziyyətinin qiymətləndirilməsi zamanı.

 

Qalxanabənzər vəzi.

 

Qalxanabənzər vəzin elastoqrafiyası üçün göstərişlər:

 

Kolloid kistlər, adenomalar, bədxassəli şişlər zamanı.

Regionar limfatik düyünlərin vəziyyətinin qiymətləndirilməsi zamanı.

Kiçik çanaq orqanları.

Yumurtalıqların nəməlum mənşəli kistoz törəməsi zamanı.

Endometriumun hiperplaziyası zamanı bədxassəli törəmələrin istisna olunması üçün (hiperplaziya, polip).

Sidik kisəsinin elastoqrafiyası.

Törəmənin olması.

Bədxassəli prosesin lokal yayılım dərəcəsinin təyini.

Şiş toxumasının sərtliyinə uyğun olaraq mərhələsi.

◊Xərçəng, kistoz və iltihabı proseslərin differensial diaqnostikası.

 

Müayinələr tam ağrısız və öncədən hazırlıq tələb olunmadan aparılır.