Ortopediya-Travmatologiya


Ortopediya və Travmatologiya  son illərdə texnologiya  və elmin  inkişafı nəticəsində bəlkə də ən sürətli irəliləyən və dəyişən tibbi bir sahədir. HB Güvən Klinikasının Ortopediya və Travmatologiya şöbəsi dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə sizə xidmət etməkdədir.

Artroskopik diaqnostika və cərrahi əməliyyatlar:
 
♦Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması).
Artroskopik menisk yırtıqların bərpası.
Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması.
Oynaq qığırdağı zədələnmələrinin artroskopik müalicəsi.
Artroskopik Ön çarpaz bağın təmiri.
 
Hər növ travmalar (sınıq və çıxıqlar):
 
Minimal invaziv osteosintez (qapalı intramedulyar çiviləmə)
Açıq reduksiya və İnternal fiksasiya.
Eksternal fiksasiya.
 
Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi:
 
Diz oynağının endoprotezləşdirilməsi.
Bud-çanaq  oynağının endoprotezləşdirilməsi  (süni oynaqlarla) əvəz edilməsi.
 
Onurğa cərrahiyyəsi:
 
Fəqərə sınıqları.
Skolioz və kifozların cərrahi müalicəsi.
 
Əl cərrahiyyəsi-Mikrocərrahiyyə:
 
• Vətər, sinir, damar təmiri.
• Ətraflarda kəsilmiş hissələrin bərpası (replantsiyalar)
• Bərpaedici vətər və sinir əməliyyatları.
• Yuxarı ətraflarda sinir sıxışması 
1. a) Kubital tunel sindromu.
2. b) Karpal tunel sindromu.
 
Yuxarı ətraflarda vətər iltihabi xəstəlikləri:
 
Lateral və medial epikondilitlər
1-ci barmaq açıcı vətərin iltihabı (De Quervain sinoviti)
Tətik barmaq (şıqqıldayan barmaq)
 
Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması:
 
Yuxarı və aşağı ətraflarda.
 
Uşaqlarda anadangəlmə patologiyaların konservativ və cərrahi müalicəsi:
 
Anadangəlmə bud-çanaq oynağı tam və ya nataman çıxığı.
Əyripəncəlik (Pes Equinovarus).
Əyriboyunluk (Tortikolis).
Yastıayaqlıq.
Barmaqlarda anadangəlmə xəstəliklər (Polidakdiliya, sindakdiliya və s.)
 
Uşaq serebral iflici konservativ və cərrahi müalicəsi:
 
Vətər və əzələ uzatmaları.
Vətər və əzələ köçürülmələri.
Sümük deformasiyaların düzəldilməsi.
 
Ayaq Cərrahiyyəsi:
 
Ayaq baş barmaq çıxıntısı (Halluks valgus)
Yumşaq toxuma əməliyyatları.

Sümük toxuması əməliyyatları.