Kardiologiya


Kardiologiya tibbin ürək-damar sisteminin quruluşu, funksiyası, xəstəlikləri, bu xəstəliklərin etiologiyası (səbəbləri), patogenezi (inkişaf mexanizmi), müayinə və müalicə üsullarını öyrənən sahəsidir.

Klinikamızda ürək-damar sisteminin bütün xəstəliklərinin müayinə və müalicəsi kardioloqlar tərəfindən müasir tibbin ən son imkanları ilə uğurla aparılmaqdadır.
 

HB Güvən klinikasının Kardiologiya şöbəsində müayinə və müalicə edilən xəstəliklər:

  • Ürəyin işemik xəstəlikləri.
  • Arterial hipertenziya.
  • Arterial hipotenziya.
  • Xroniki ürək çatışmazlığı.
  • Neyrosirkulyator distoniya.


Klinikamızda ürək-damar sistemi xəstəliklərinin diaqnostikası üçün aşağıdakı instrumental və laborator müayinə üsullarından istifadə edilir:

  • Fasiləsiz EKQ (Holter monitorinq).
  • Fiziki yük sınağı (Tredmil).
  • Damarların doppleroqrafiyası.
  • Rentgen müayinə.
  • KT – kompüter tomoqrafiya.
  • Laborator diaqnostika (qanın ümumi analizi, revmotestlər, koaquloqramma, xolesterin, HDL, LDL, VLDL, triqliseridlər,ümumi lipidlər, troponin, KFK-MB, LDH, qanda qlükoza)