Həkimlərimiz

İş saatları
  • Bazar E. - Şənbə
    09:00 - 18:00

T.ü.f.d. Elçin Mustafayev

Uroloq

- 1994-2000-ci illərdə Azərbaycan Tibb Universiteti I müalicə-profilaktika fakultəsində təhsil alıb.

- 2000-2001-ci illərdə Respublika Klinik Xəstəxana Urologiya şöbəsində internatura keçmişdir.

- 2002-2004- cü illərdə Moskva Urologiya Elmi Tədqiqat institutu Endourologiya şöbəsi klinik-ordinaturada təhsil alıb.

- 2004-cü ildə Moskva Urologiya Elmi Tədqiqat institutu Endourologiya şöbəsində aspiranturaya daxil olub.

- 2007 ci ildə “TUR prostat əməliyyatının infeksion-iltihabi ağırlaşmalırının profilaktikasında ozonoterapiyanın istifadəsi” mövzusunda elmi iş müdafiə edərək, tibb elmləri namizədi adına layiq görülüb.

- 2006-cı ildə 3 ay müddətində Moskvada RMAPO ozonterapiya kursu keçmiş və ozonoterapevt ixtisasını almışdır.

- 2007-ci ildə 3 ay müddətində Moskva RMAPO “urologiyada ultrasəs müayinə” sertifikasiya kursu keçmişdir.

- 2007-ci ildə 3 ay müddətində Moskva RMAPO “endourologiya və laparoskopik urologiya” kursu keçmişdir.

- 2012-ci il iyun ayında Fransa, Strasburg şəhərində İRCAD laparoskopik uroloji cərrahiyyə intensiv kursunu keçib, praktik və teoretik sahələrdən imtahan verərək sretifikat və Strasburg universitetinin diplomunu qazanmışdır.

- Avropa Uroloji Cəmiyyətin aktiv üzvüdür.