Həkimlərimiz

İş saatları
  • Bazar E. - Şənbə
    09:00 - 18:00

Dr. Zaur Əhmədov

Nefroloq

2005-ci ildə ATU pediatriya fakültəsiuni bitirmişdir.

2006-cı ildə Ə.Qarayev adına 2 saylı Uşaq xəstəxanasında internaturanı bitirmişdir.

01.07.2009-cu ildən 14.03.2010-cu ilə qədər Türkiyədə Kocaeli Universiteti Elmi-araşdırma xəstəxanasında uşaq nefrologiyası üzrə təkmilləşmə kursu keçmişdir.

15.09.2011-10.12.2011-ci ilə qədər Türkiyədə Kocaeli Universiteti Elmi-araşdırma xəstəxanasında uşaq nefrologiyası üzrə kurs keçmişdir.

15.06.2017-01.07.2016  Ə.Əliyev Adına Həkimlərin Təkmilləşdirmə İnstitutu Nefrologiya kafedrasında “ Tez proqresevivləşən qlomerulonefrit  zamanı plazmoferezin tətbiqi” kursu keçmişdir.

15.06.2017-15.08.2017- ci il İstanbul Marmara Universiteti Pendik Elmi araşdırma xəstəxanasında  uşaq nefrologiyası üzrə təkmilləşdirmə kursları keçmişdir.

   Azərbaycan Uroloqlar və Nefroloqlar Assosiasiyasının əcnəbi alimlərlə təşkil olunmuş beynəlxalq konfrans və seminarlarda dəfələrlə iştirak etmiş və aktual xəstəliklər barəsində geniş mənalı çıxışları olmuşdur.

Üzv olduğu cəmiyyətlər:

“Azərbaycan Nefroloqlar Assosiasiyası”,

“Azərbaycan Uroloqlar Assosiasiyası” 

 “Azərbaycan Toxuma və Orqanların Trasplatasiyası Assosiasiyası”,

 “Türk Dünyası Orqan Transplatasiyası Assosiasiyası”