Həkimlərimiz

İş saatları
  • Bazar E. - Şənbə
    09:00 - 18:00

Uzm. Dr. Niyazi Eminov

Ümumi cərrah

  • 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin  II Müalicə-profilaktika fakültəsində təhsil almış və həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

    2003-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin  III Cərrahi Xəstəliklər kafedrasında Cərrahiyyə ixtisası üzrə Klinik Ordinatura təhsili almışdır.

    2006-cı ildə “STS” imtahınını, 2007-ci ildə “TUS” imtahanını müvəffəqiyyətlə verərək Türkiyə Respublikasında  Uzmanlıq (rezidentura) təhsili almağa haqq qazanmışdır.

    2007-2013-cü illərdə İstanbul Universiteti, Cerrahpaşa Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrasında Ümumi Cərrahiyyə ixtisası üzrə Uzmanlıq təhsili almışdır.

    2013-2014-ci illərdə HB Güvən Klinikasında ümumi cərrah vəzifəsində çalışmışdır.

    2015-ci ildə Avrasiya Hospitalda ümumi cərrah vəzifəsində çalışmışdır.

    2016-cı ildə DTX-nin Hərbi Hospitalında ümumi cərrah vəzifəsində çalışmışdır.

    2017-ci ildən etibarən HB Güvən Klinikasında ümumi cərrah vəzifəsində çalışmaqdadır.

    Əsas praktik və elmi fəaliyyət sahələri :

     Endokrin cərrahiyyə.

     Süd vəzisi cərrahiyyəsi.

     Qida borusu cərrahiyyəsi.

    Açıq və laparoskopik qarın boşluğu orqanlarının cərrahiyyəsi.

    Laparoskopik reflyuks cərrahiyyəsi.

    Laparoskopik yırtıq cərrahiyyəsəsi.

    Proktoloji cərrahiyyə.

    Onkoloji cərrahiyyə.

    İyirmidən çox konqres və konfransda iştirak etmişdir.

    Dərc olunmuş məqalə və tezisləri:

    1. Eminov N., Teksoz S., Arikan A.E., Soylu S., Vehid H.E., Ayan F., Ozcan M., Bukey Y., “Effect of Obesity on Total Thyroidectomy: Cerrahpasa Experience”, Hellenic Journal of Surgery, 2015, 87:3, 229-233.
    2. Eminov N.U., Ayan F.M., “Bədən kütlə indeksinin total tiroidektomiyanın erkən dövr ağırlaşmalarına təsiri”, Cərrahiyyə, 2015, № 4 (44), s. 77-83.
    3. Eminov N.U., Ayan F.M., “Total tiroidektomiya əməliyyatı olmuş xəstələrdə perioperativ və postoperativ parametrlərin bədən kütlə indeksindən asılılığı”, Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri, 2015, № 4, s. 234-239.
    4. Eminov N.U., Ayan F.M., “Müxtəlif bədən kütlə indeksli total tiroidektomiya əməliyyatı olmuş xəstələrin yaş, cinsiyyət və antropometrik ölçülər baxımından xüsusiyyətləri”, Sağlamlıq, 2016, № 1, s. 67-72.
    5. Eminov N.U., “Tiroidektomiya əməliyyatının ağırlaşmalarına müasir yanaşma”, Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri, 2016, № 1, s. 35-43.
    6. Eminov N.U., “Xoşxassəli qalxanabənzər vəz patologiyalarının cərrahi müalicəsində optimal üsullar”, Cərrahiyyə, 2016, № 4, s. 99-107.
    7. Eminov N., “Nüks dev insizyonel herni onarımı sonrası gelişen Ogilvie sendromu olgusu (poster sunumu)”, 20. Ulusal Cerrahi Kongresi, Antalya, Türkiye, 13-17 Nisan 2016.
    8. Eminov N., Celalova V., “İntraoperatif saptanan tip 1 Mirizzi sendromunda laparoskopik retrograd kolesistektomi (video sunum)”, 20. Ulusal Cerrahi Kongresi, Antalya, Türkiye, 13-17 Nisan 2016.
    9. Eminov N., Celalova V., “Taşlı remnant safra kesesi - laparoskopik tamamlayıcı kolesistektomi (video sunum)”, 20. Ulusal Cerrahi Kongresi, Antalya, Türkiye, 13-17 Nisan 2016.
    10. Eminov N.U., Ayan F.M, “Piylənmənin total tiroidektomiya əməliyyatı olmuş xəstələrdə perioperativ və postoperativ parametrlərə təsiri”, III Beynəlxalq Tibb Konqresi, Bakı, Azərbaycan, 1-2 Noyabr 2016, s. 133.
    11. Eminov N.U., Ayan F.M, “Piylənmənin total tiroidektomiya əməliyyatının erkən dövr ağırlaşmalarına təsiri”, “Səhiyyənin təşkilində tibb elmi” Ümumukrayna elmi-praktiki konfransının materialları, Poltava, Ukrayna, 9 Noyabr 2016, s. 83.

    Üzvü olduğu cəmiyyətlər:

    1. Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyəti (ACQA)
    2. Türk Cerrahi Derneği (TCD)
    3. Türk Kolon ve Rektum Cerrahisi Derneği (TKRCD)
    4. Türkiye Endokrin Cerrahisi Derneği (ECD)
    5. Türkiye Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği (ELCD)
    6. Türk Hepato Pankreato Bilier Cerrahi Derneği (THPBCD).