Həkimlərimiz

İş saatları
  • Bazar E. - Şənbə
    09:00 - 18:00

Dr. Nicat Bağışov

Ortoped-Travmatoloq

Dr. Bağışov Nicat Bağış oğlu 17.11.1986-cı ildə Cəlilabad rayonu Şabanlı kəndində anadan olub.1993-2004 Şabanlı kəndində orta məktəbdə oxumuşdur.2004-cü ildə yüksək bal toplayaraq ATU-nun Müalicə işi fakultəsinə qəbul olmuşdur. 2010-cu ildə ATU-nu bitirərək P.L.Şupik adına Ukrayna milli Tibb akademiyasında Ortopediya və Travmatologiya üzrə klinik ordinaturaya qəbul olmuşdur. 2013-cü ildə ordinatura təhsilini bitirərək həkim ortoped-travmatoloq ixtisasına yiyələnmişdir.

 
Təhsil

2004-2010- Azərbaycan Tibb Universiteti Müalicə işi-həkim

2010-2013 P.L.Şupik adına Ukrayna Milli Tibb akademiyası Ordinatura-həkim ortoped-travmatoloq.

 
Yerinə yetirilən prosedurlar

Ümumi xidmətlər(Elastik sarğı, döş sarğısı,bud, baldır,ayaq gipsi,dirsəkaltı,dirsəküstü gips sarğıları,oynaq punksiyası,intrartikulyar inyeksiyalar,steroid inyeksiyasl, PRP inyeksiyasıvə s.);
Oynaq əməliyyatları-(Artodez, artoplastika,böyük oynaqlarda artrotomiya,total diz və bud-çanaq oynağı endoprotezləşdirilməsi  və s.);
Artroskopik  əməliyyatlar-(Artroskopik  oynaq debritmanı,artroskopik mensikektomiya, artroskopik  kapsula açılması,oynaq içi artroskopik lavaj ,və s.);
Osteosintez əməliyyatları-( Eksternal fiksator, böyük sümüklərdə osteosintez,Malleol sınığı və s.);
Qansız müdaxilələr-(Böyük sümük sınıqlarının qapalı reduksiyası,Sınıq çıxıqların qapalı rediksiyası,böyük oynaq cıxıqların qapalı reduksiyası  və s.);
Biopsiyalar-(böyük sümük biopsiyası,sümük  biopsiyası-orta sümüklərdən,sinoval biopsiya və s.);
Açıq müdaxilələr-(axil vətərinin qırılması,komplex Osteotomiya,karpal,kubital tunnel sindromu trigger finger,mallet finger və s

 
İş təcrübəsi

2013 oktyabr-2014 fevral Mərkəzi klinik xəstəxana ortoped-travmatoloq
2014 fevral-2017 fevral Baku Medical Plaza - ortoped-travmatoloq
2017 fevral-HB Güvən klinik.

SİCOT ( International Society of Orthopaedic Surgery and Traumatology) və AzTOA cəmiyyətinin üzvüdür