Həkimlərimiz

İş saatları
  • Bazar E. - Şənbə
    09:00 - 18:00

Uzm. Dr. Rəşad Zeynalov MD, PhD

Baş həkim, Ortoped-Travmatoloq

  • 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə  qəbul olmuşdur.

    2003-cü ildə eyni fakültəni qırmızı diplomla bitirmişdir.

    2004-cü il aprel ayında keçirilən TUS (Tıpda Uzmanlıq Sınavı) imtahanında yüksək balla İstanbul Mərmərə Universiteti Ortopediya və Travmatologiya kafedrasına daxil olmuşdur.

    2009-cu ildə Türkiyədə rezidentura təhsilini başa vuraraq Ortoped-Travmatoloq cərrah ixitsasını almışdır.

    Rezidentura müddətində 2000-ə yaxın əməliyyatda iştirak etmişdir. Ortopediyanın onurğa, endoprotez, travma, uşaq ortopediyası , idman yaralanmaları, əl və mikrocərrahiyyə sahələrinə dərindən yiyələnmişdir. Bu müddət ərzində 50-yə yaxın kurs və konfranslara qatılmışdır.

    2009-2011-ci illərdə Mərkəzi Klinika xəstəxanasında çalışmışdır.

    2009-cu ildə onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qol replantasiyası uğurla həyata keçirilmişdir.

    Azərbaycana qayıtdıqdan sonra elmi fəaliyyətləri daha da genişləndirmiş, xarici və yerli konfranslarda davamlı yeni elmi məruzələrlə çıxış etmiş, önəmli tibb jurnallarında elmi məqalələri dərc olunmuşdur.

    Əyripəncəliyin Ponseti metodu ilə müalicəsinə aid kitabı öz ana dilimizə tərcümə etmişdir. Bu kitab sayəsində Azərbaycan ortopedləri əyripəncəliyin müasir metodları ilə tanış olmuş və köhnə yararsız müalicə metodları ortadan qaldırılmışdır.

    2010-cu ildə Tibb Üzrə Fəlsəfə Elmləri Doktoru ünvanına layiq görülmüşdür.

    2011-2017-ci  illlərdə Baku Medikal Plaza Xəstəxanasında Ortopediya və Travmataloqiya şöbəsinin müdürü vəzifəsində işləmişdir.

    2017-ci ildən HB Güven klinikasında Baş həkim vəzifəsində və Ortopediya – Travmatalogiya ixtisası üzrə öz həkimlik fəaliyyətini davam etdirməktədir.

    Üzv olduğu cəmiyyətlər:

    SİCOT (Dünya Ortopediya və Travmatologiya Cəmiyyəti).

    TOTBİD(Türk Ortoped və Travmatologiya Cəmiyyəti).

    AZTOA (Azərbaycan Travmatologiya və Orotpediya Assosiasiyası) cəmiyyəti.