Hepatit B virusu


Hepatit B virusu bir çox insanda heç bir simptomla özünü büruzə vermir və normal yaşam tərzi ilə izlənilir. İnkubasiya müddəti ortalama 24 həftədir. Simptomları olsa belə zəif və qrip bənzəri sipmptomlarla keçməkdədir (bulantı, zəiflik, halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı kimi). İllər boyu şikayətləri olmadan keçsə də virus onun qanında və qaraciyərindədir. Ancaq xəstə kəskin forma ve ağırlaşmaları ilə gəldikdə simptomlar qabarıq şəkildə özünü göstərir. Qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağırlaşmalarla nəticələnə bilər.

Hepatit B-nin müalicəsi mümkündür, amma vaxtında və doğru həkimdə müayinə və müalicə olunmaq şərtdir.

Nə vaxt tam müalicə mümkündür? – Hepatit B qaraciyər sirrozu və qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa! Əgər ağırlaşma olubsa belə yenə də Hepatit B müalicəsi ayrıca aparılmalıdır.

 

Dr. Şahnaz Atayeva Qastroenteroloq-Hepatoloq