Şəkərli diabet xəstələri üçün məsləhətlər

 

Şəkər xəstələri evdə qanda şəkərin səviyyəsini ölçməli və hər zaman nəzarətdə saxlamalıdır. Bunun üçün şəkərölçümü cihazı alınmalıdır. Bu ölçümlərin sıxlığı dərmanların qəbulundan və ya şəkərin yüksəkliyindən asılıdır. Dərmanın dəyişilməsi və ya dərman dozasının dəyişikliyi olduğunda qanda şəkər normaya gəlincəyə qədər bu ölçümlər daha sıx olunmalıdır.

1ci tip diabet xəstələri gündə 2-3 dəfə qanda şəkərin səviyyəsini ölçməlidir. Nəticələri bir cədvəl şəklində qeyd edin və həkiminizə göstərin. Evdə ölçülən şəkərin nəticələri ilə xəstəxanada ölçülən nəticələr arasında 15% fərq ola bilər. Barmaqdan ölçülən şəkərin səviyyəsi (ev cihazı) daha aşağı olur. Bu cihazların çubuqlarını hər yeni qutunu açdıqda yenidən kökləmək lazımdır. Hər qutuda bir kod olur və bu koda əsasən cihaz köklənir. Qutunu bağlı və günəş işığından uzaq tutmaq lazımdır. İsti havalarda soyuducuya qoyun və son istifadə tarixinə diqqət edin. Alarkən istifadəsi asan və düzgün işləyən cihaz seçin.

Müəllif: Endokrinoloq Dr.Rövşən Həsənov