Qida rasionumuzda duzun rolu

Qidalanmamızdakı günlük duz miqdarı 5 gram olmalıdır. Bizim toplumumuz duzu həddindən artıq istifadə edir (təqribən 15-18 gram/gün) 
Çox duz istifadəsi son dərəcə ciddi xəstəliklər üçün risk faktorudur: yüksək qan təzyiqi (hipertenziya), ürək-damar xəstəlikləri,böyrək xəstəlikləri,ağciyər xəstəlikləri, sinir və oynaq xəstəlikləri.

Çalışmalar çoxlu duz istifadəsinin mədə və onikibarmaq bağırsaq xoraları və kanser riskini artırdığını sübut etmişdir.

Duz istifadəsini necə azalda bilərik?

1) süfrəyə duz qoymayın
2) yeməyə duzu bişirərkən deyil,bişənə yaxın əlavə edin
3) alış-veriş zamanı qidalarda bu maddələrin olmamasına diqqət edin : monosodyum glutamat (MSG), qabartma tozu, disodyum fosfat, sodyum alginat,sodyum nitrat ve ya nitrit
4) limon,ədviyyatlar duz istifadəsini azaldar
5) hazır qidaların tərkibində duz miqdarı yüksək olduğundan diqqətli istifadə edin
6) turşu,şorabalardan az istifadə edin

Menopoz sonrası qadınlar, diyabetiklər,sümük əriməsi riski daşıyanlar,qaraciyər,ürək,böyrək xəstəlikləri olanlar duz istifadəsinə olduqca diqqətli yanaşmalıdırlar.

Dr. Şahnaz Atayeva Qastroenteroloq-Hepatoloq