Uşaqlarda tərləmə

Xarici tər vəziləri bədənin hər yanında yayılmışdır. Ən çox  ayaq dabanında,alın,ovuc,yanaqlarda, ən az isə bel və sarğı nahiyəsində rast gəlinir. Tər vəzilərinin miqdarı insandan insana dəyişir. Bəs uşaqlarda çox tərləmənin səbəbi nədir?İlk növbədə tərləmə yanaşı hansı şikayətlərin olmasına diqqət etmək lazımdır.

Tərləmə,simptomatik,idiopatik, və fizioloji ola bilər.

Fizioloji tərləmə: Ətraf mühitin  temperaturu,infeksiyalar,menopauza dövründə,idiopatik

Simptomatik tərləmə:Endokrinoloji , nevroloji  xəstəliklər zamanı qeyd olunur. Bu xəstəliklər zamanı tərləmə ilə yanaşı digər şikayətlər də qeyd olunmalidir.

Bəzi dərmanların qəbulu: antipiretik dərmanların,insulin,adrenerjik ,xolinerjik dərmanların qəbulu zamanı da bu baş verə bilər.

Uşaqlarda tərləmə səbəbi ən çox xəstəliklər zamanı,məsələn virus infeksiyaları zamanı qeyd oluna bilər.Xəstəlik dövründə tərləmənin artması normal haldır.Yenidoğulmuşlarda isə süd əmən zaman tərləmənin olması normal hal sayılır.Əgər vitamin D vaxtında qəbul etməzsə onda bu zaman tərləmənin olması qeyd oluna bilər.Lakin uşaqda tərləmə zamanı qanda kalsium baxılmadan kalsium verilməsi düzgün deyil.Kalsium təri azaldan preparat deyil.

Bəzi uşaqlarda bölgəsəl tərləmə ola bilər.Məsələn,baş nahiyəsində çox tərləmə,əl və ayaqda çox tərləmə.Bu da qorxulu deyil. Bəzi uşaqlarda konstitusional ola bilər.Bəzi uşaqlarda böyüdükcə bu şikayətləri ötüb keçir,bezilərində isə davam edir.

Uşaqlarda ən çox tərləmə səbəbi genetikdir. Yəni validynlərində biri çox tərləyən olduqda uşaqlarda ona oxşaya və çox tərləyən ola bilər. Əziz valideynlər,uşağıma soyuq dəyəcək deyə uşağı çox geyindirmək, otağı çox isti saxlamaq olmaz. Bu da uşaqda tərləmənin artmasına səbəb ola bilər. Təkcə tərləmə şikayəti xəstəlik deyil,bu normal fizioloji haldır. Buna görə narahat olmaq və hansı müalicəyə ehtiyac yoxdur.

Pediatr Dr. Gulnar Abdullayeva