Uşaq və Ana (baxım vərən şəxs) arasında qurulan "Bağlanma və bağlanma pozuntuları"

Yeni doğulan körpənin ətrafı ilə əlaqəsi ona baxım verən şəxs vasitəsilə həyata keçir. Bağlanma yeni doğulan bioloji, duyğusal və duyğusal ehtiyaclarını qarşılayan şəxs ilə qurduğu əlaqədir. Bu bağlanma, uşağın inkişafının sonrakı mərhələlərində onun sosial əlaqələrinə təsir edir. "Bağlanma güvənli və güvənsiz ola bilər". Mariya Ainsworth bağlanmanı 4 növ üzərində sıralamışdır.

1. Güvənli bağlanma- ana (baxım verən şəxs) ilə güvənli əlaqə quran uşaq, ətraf mühiti rahat incələyir. Stress hallarında anaya yaxınlaşar və onun tərəfindən rahatladılar. Ananın olmadığı halda narahat olar, amma anaya qovuşduqda müsbət reaksiya göstərər.

2. Güvənsiz / Qaçıncı ( AVOIDENT) bağlanma- fiziki və duyğusal olaraq ona baxım verən şəxsə bağlanmaz. Kənar şəxsləri ana ilə əvəz edə bilərlər. Ayrıldıqlarında ciddi narahatçılıq göstərməzlər və qovuşduqlarında yaxın davranmazlar. Bu tərz bağlanmada baxım verən şəxsin maraqlanmayan və ya rədd edən tutum içərisində olduğu izlənmişdir.

3. Güvənsiz / Müqavimət (AMBIVALENT) bağlanma- anadan ayrılmağa ciddi etiraz edərlər və qovuşduqları zaman rahatlamazlar. Ana ilə güvənli əlaqə qurulmaz və ətrafdakı digər insanlara qarşı şübhə duyğusu ilə yanaşarlar. Bu tərz bağlanmada valideynlərin bəzən uşağın istəklərini gözardı edərkən, bəzən isə həddən artıq maraqlandığı izlənmişdir.

4. Güvənsiz / Nizamsız bağlanma- daha çox zərərçəkmiş uşaqlarda izlənən bağlanma növüdür. Anaya qarşı bağlanma istəyi və qorxu eyni hiss edilər.

Həyatın erkən dövürlərində qurulan güvənsiz bağlanma uşağın irəliləyən yaşlarında qurulacaq sosial- duyğusal əlaqələrinə və psixi sağlamlığına zərər verici təsirə malikdir. Bununla bağlı mütəxəssis dəstəyi üçün müraciət edə bilərsiniz.

 

Uzman Psixoloq Əminə Qurbanlı