Sınıqlar zamanı ilk tibbi yardım-Nə edilməlidir?

Sınıqlar hamımızın bildiyi kimi hər hansı bir zərbə nəticəsində sümük tamlığının pozulması ilə meydana gəlir. Bəzən sınıqlar əsasən də yaşlı insanlarda zərbə olmadan da osteoporoz zamanıda ola bilməkdədir. Sınıqlar Açıq və Qapalı olmaqla 2 növ olur. Açıq sınıqlarda Dəri tamlığı pozulmu, açıq yara, sınıq fraqmentlərinin dəridən kənara çıxması və qanaxma olmaqdadır. Qapalı sınıqlarda isə əksinə dəridə açıq yara olmaz, xaricdə sınıq parçası görülməməkdədir.

Sınıqlarda ilk yardım:

• Xəstə/Yaralıda huş  kontrol edilir.

• Xəstə/Yaralıda həyatı vacib əlamətlərin dəyərləndirilir.( ABS)

• 103 TTY çağırılır.

• Həyatı yaralara öncəlik verilir.

• Xəstə/Yaralının hərəkətsiz durmasına və isti saxlanılmasına diqqət edilir.

• Sınıq bölgəsindəki saat, üzük, ayaqqabı və s. əşyalar çıxarılır.

• Sınıq bölgəsi alt və üst oynaqlarla birlikdə stabilləşdirilir(təsbit edilir). Bu məqsədlə  taxta parçası, ağac budağı, karton, qələm və s. istifadə edə bilərsiniz.

• Sınıq bölgəsi təsbit edilərkən barmaqlar bayırda saxlanılır

• Açıq sınıq varsa sınığı təsbit etmədən öncə sınıq bölgəsindəki açıq yara üzərinə təmiz dəsmal , ciddi qanaxma varsa juqut qoyulur.

• Sınıq bölgəsi ola bildiyi qədər yüksəkdə saxlanılır (Ola biləcək ödəmin qarşısını almaq üçün).

• Sınıq bölgəsi  və qanaxma üçün qoyulan juqut  lazımı aralıqlarla  kontrol edilir.

• Xəstə/Yaralı uyğun daşıma üsulları ilə təxliyyə olunur.

Unutmayaq ilk yardımın düzgün edilməsi ilə həyat xilas etmək mümkündür.

Op. Dr. İlkin Cəlilov Ortoped-Travmatoloq