Bipolar Affektiv pozuntu

Bu xəstəlik daha çox yeniyetməlik və gənc yaşlarda özünü biruzə verir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər 100 nəfərdən 5-9 nəfəri bu xəstəlikdən əziyyət çəkir.

Xəstəliklərin Beynəlxalq Təsnifatının müəyyən etdiyi kimi, Bipolar pozuntu xəstənin əhval-ruhiyyəsi və fəaliyyət səviyyəsinin əhəmiyyətli dərəcədə pozulduğu, təkrarlanan epizodlarla xarakterizə olunan bir xəstəlikdir. Bəzi hallarda bu narahatçılıq əhval-ruhiyyənin yüksəlməsi və artan enerji və fəaliyyət (mania), bəzən isə əhval-ruhiyyənin aşağı düşməsi, enerji və fəalliyətin azalması (depressiya) ilə özünü biruzə verir.

Manik epizod, artan enerjiyə bağlı xarakteristik olmayan irritativ və ya yüksək əhval-ruhiyyə, fəalliyyətlərdə artma, yuxuya olan ehtiyacda azalma, düşüncələrdə artma, pafosla danışma (emosiyonal, şişirdilmiş çox danışma) ilə xarakterizə olunur. Çox vaxt xəstələr xüsusi ilə yaxşı inkişaf etmiş qabiliyyətlərinin olduğunu və ya məhşur şəxsiyyətə sahib olduqlarına inandıqlarına görə özlərini çox yüksək səviyyəli biri hesab edirlər. Bu cür xəstələr, sosiyal davranışlarını (xüsusi ilə cinsəl) kontrol etməkdə çətinlik çəkir, özlərinə və ətrafındakı insanlara zərər verəcək hərəkətlərə yol verirlər. Müraciət edən xəstələrin bir çoxu spirtli içkilərdən, narkotik vasitələrdən, lazımsız yerə yüksək məbləğdə pul xərcləmə, yüksək məbləğdə kredit götürmə kimi simptomlara sahib olurlar. Rənglərə, səslərə qarşı həssaslıq artır, daha çox makyaj edir, daha rəngli geyimlərə üstünlük verirlər. Manik epizod keçirən xəstələr iş görmə qabiliyyətlərini itirir, insanlar arasındakı münasiətləri pozulur.

Hipomanik epizod zamanı manik epizod əlamaətləri daha yüngül olur, iş qabiliyyəti daha az pozulur, çox vaxt bu cür xəstələr işinə davam edə bilirlər.

Qeyd etmək lazımdır ki, çox az rast gəlinsə də antidepresant dərmanlardan sonra manik və ya hipomanik epizod keçirtmək mümkündür bu zaman antideprsant dərman mütləq kəsilməli Bipolar xəstəliyin müalicəsi başlanmalıdır.

Depressiv epizoddan əziyyət çəkən xəstələr əhval-ruhiyyənin azalması, maraq və motivasiyanın azalması, həddindən artıq yorğunluq və halsızlıq, intihar düşüncəsi kimi simptomlara sahib olurlar. Diqqətin azalması, yaddaşın zəifləməsi, özünə inamın azalması, gələcəklə əlaqəli mənfi düşüncələrə, ümidsizliyə sahib olurlar.

Qarışıq epizod zamanı xəstələr həm manik həm də depressiv epizodun simptomlarını eyni vaxta yaşayır.

Xəstəliyin müalicəsinə gəldikdə isə dəqiq alınmış anamnez, düzgün diaqnoz və müalicə ilə xəstəlik tam olaraq sağalır. Dərman müalicəsi isə xəstənin keçirtdiyi epizodların sayına görə təyin edilir, çox zaman ömür boyu davam edən qoruyucu müalicə ilə xəstəlik bir daha təkrarlanmır.

 

Uzm. Dr. Fuad Bəşirov

Psixiatr