Somatoform pozuntular

Somatoform pozuntularƏgər somatizasiya simptomları uzun müddət və şiddətli sıxınıtlara səbəb olursa, bu Somatizasiya pozuntusundan (xəstəlikdən) xəbər verir. Lakin, Somatizasiya pozuntusu olan insanlar adətən simptomların fiziki bir səbəbə bağlı olduğuna inanırlar. 
Fiziki simptomlar psixoloji və ya emosional faktorlardan qaynaqlanırsa, somatizasiya adlanır. Məsələn, bir çox insanda zehni stressdən qaynaqlanan baş ağrıları var. Stress və digər psixi sağlamlıq problemləri həmçinin sinə ağrıları, yorğunluq hissi, baş gicəllənmə, çiyin- kürək ağrıları, ürək bulanma kimi başqa fiziki simptomlara da səbəb ola bilər. 
İnsanın psixi vəziyyəti necə olur ki, fiziki simptomlara səbəb olur? Ağıl və bədən arasındakı əlaqələr kompleksdir və tam başa düşülmür. Əgər biz somatizasiya ediriksə o zaman zehni və ya emosional problemlərin bir hissəsi bir və ya bir neçə fiziki simptom olaraq ortaya çıxır. Bu zaman baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, qəbizlik, diareya və s. kimi baş verən fiziki simptomlar narahatçılığa səbəb ola bilər.

Somatizasiya necə başa düşülür?


Bəzən biz stress, gərginlik kimi psixoloji vəziyyətlərdən sonra ortaya çıxan fiziki simptomları bir-biriləri ilə əlaqələndirə bilirik. Məsələn, baş ağrısı, əzələ ağrılarını stresslə əlaqələndirə bilirik. Depresiya, Həyəcan- təşviş pozuntuları da ürək döyüntüsü, qarın ağrısı, əllərdə ayaqlarda keyləşmə, yorğunluq kimi fiziki simptomlara səbəb ola bilir. Çox vaxt bu simptomların əhvali-ruhiyyənin yaxşı olduğu zamanlar düzəldiyinin şahidi oluruq. Ancaq biz baş verən bir çox fiziki simptomun psixi faktorlardan qaynaqlandığını düşünmürük. Və çox vaxt bu simptomlarla bağlı olan həkimə müraciət edirik.

Somatizasiya və funsional simptomlar


Bəzi həkimlər fiziki simptomlara səbəb olan hər hansı bir patologiyanın olmadığını aşkarladıqlarında bu simptomları “funksional simptomlar” olaraq adlandırırlar. Funksional simptom bədəndə olan bir funksiyanın pozulma səbəbinin bilinmədiyi vaxt işlədilir. Ola bilsin ki, bu simptom psixi faktorlardan asılı olsun və ya həm fiziki həm psixi problemlər birgə olsun. 
Somatoform pozuntular somatizasiyanın yüksək hədlərində ortaya çıxır. Artıq fiziki simptomlar uzun müddətdir davam etmiş və ya şiddətlənmiş olur və bir çox halda səbəbi tapılmamış olaraq qalır. 
Duyğu və hisslərinizi rahat ifadə edəcək həyat diləyi ilə..


Uzm. Dr. Fuad Bəşirov
Psixiatr