Uşaqlarda nevroloji problemlər.

Doğulandan sonra gec, tın-tın və ya mızıltılı səslə ağlayan, döşü və ya əmziyi çətin götürən,normal əmə bilməyən, süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hissəsini narahat keçirən, tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmaları olan, yuxudan ağlayaraq oyanan, diksinən, qeyri-adi yığılmaları, göz və əl-ayaq hərəkətləri olan, ətraf və üz hərəkətləri assimetrik olan , xüsusən sonrakı inkişafları ləngiyən uşaqlar daha mütəmadi olaraq uşaq nevroloqunun konsultasiyasında
olmalıdır. Həkim uşağın motor(hərəki), sosial(psixi) və dil inkişafını ayrı-ayrılıqda dəyərləndirir. Əgər uşaq iki ayında üz üstü pozisyonda başını qaldırmırsa və əşyaları gözü ilə təqib etmirsə, 6 ayında arxası üstə uzanarkən başını önə doğru
əymirsə və fırlanmırsa, ən geci 9 ayda oturmursa,18 ayda yeriyə bilmirsə, heç bir söz demirsə, ən geci 3 yaşda sadə cümlələr qura bilmirsə valideyinlər həyəcan siqnalı çalmalıdır və uşağın gecikməsinə səbəb olan amillər nevroloq
tərəfindən müəyyən edilməlidir.

Dr. Rima İbadova

Nevroloq