Yemə pozuntusu

Tıxanırcasına yemək və kilo almamaq üçün qaytarma, ishal edici  dərmanlardan istifadə etmə, həddən artıq çox idman etmə, bütün gün ac  qalma kimi əvəz edici davranışlar etmək. Əsasən heç kəsin görmədiyi  anlarda və sürətli şəkildə, narahat olana qədər tükədilən yemək ,  peşmançılıq ve çöküklük duyğuları yaradır. Günahkarlıq duyğusu ilə baş  etmək üçün isə yuxarıda sadalanan davranışlar edilir. Bədən forması və  çəkidə dəyişikliklər (kilo alma, vermə) fərdin özünü dəyərləndirməsində  böyük əhəmiyyət kəsb edir. Şəxs normal, normadan biraz az və ya biraz  çox kilolu olabilər.


Göstəricilər;

  • Anemiya
  • Dəridə quruluq
  • Dəyişkən ürək döyüntüsü
  • Dişlərdə sarılıq və ya qurd yemiş görüntüsü
  • Əldə izlər
  • Boğaz və tüpürcək bezlərində şişkinlik
  • Yanaqlarda sallantı
  • Mədə ağrıları
  • Qaydasız regl periodları
  • Hamiləlik zamanı düşük riski və s.


Arıqlama metodu olaraq dəyərləndirdiyi üçün gözardı ediləbilən və bunun utanc duyulan davranış olduğunu düşünən fərd kömək almaqdan 
çəkinə bilər. Halbuki bu halın uzun müddətli davamı çox ciddi tibbi komplikasiyalar yarada bilir. Bu hallarda mütləq şəkildə mütəxəssis dəstəyi almağa çalışın.

Uzm.Psixoloq Əminə Qurbanlı