Hamiləlik zamanı Qalxanabənzər vəzi problemləri

Hamiləlik dövründə qadında ən önəmli dəyişikliklər hormonal sferada baş verir. Tiroid hormonlarını ifraz edən Qalxanabənzər vəzdə də hamiləliklə bağlı bir sıra dəyişikliklər olur. Hamiləliyin həftələrinə görə tiroid hormonlarının səviyyəsi də fərqli olur. Bu dəyişikliklər hətta doğum bitdikdən sonra da davam edir. Hamiləlik dövründə qadının Qalxanabənzər vəzi 10-20%-ə qədər böyüyə bilər. Daha öncəki yazılarımızın birində qeyd etdiyimiz kimi, hamilə qadınlarda yod əksikliyi bətndəki körpəyə ciddi zərər verə bilər.
Bunları nəzərə alaraq, hamiləlik planlaşdıran qadınlar , hamiləlikdən öncə və hamiləlik dövründə mütəmadi olaraq, həkim təqibi ilə, tiroid hormonlarını müayinə etdirməlidirlər, çünki tiroid hormonlarında problem yaşayan və düzgün müalicə almayan hamilə qadın, əqli inkişafdan geri qalan körpə dünyaya gətirə bilər.

Dr. Rövşən Həsənov Endokrinoloq