Tətik barmaq (şıqqıldayan barmaq)

Tətik barmaq və ya şıqqıldayan barmaq xəstəliyi adətən böyük yaşlarda və nadir hallarda uşaqlarda görülən xəstəlikdir. Bu xəstəlik zamanı barmaq büküldükdən sonra çətin və ağrılı açılma ilə özünü göstərir. Uşaqlarda adətən barmaq büküldükdən sonra açılmır və bununla diaqnoz təsdiqlənir. Səbəbi barmağı bükən əzələ vətərlərinin öz tunelində ilişməsidir.Vətər yatağı qalınlaşır və vətər ilişib qalır. Müalicəsi zamanı adətən ilk hallarda müxtəlif qeyri-steroid iltihabəleyhinə dərman preparatları fayda verir. Bəzən vətər yatağına steroid inyeksiyası da edilə bilər. Lakin sterid inyeksiyası vətəri zəiflətdiyi və gələcəkdə vətərin spontan qopmasına səbəb olduğu üçün 1 dəfədən artıq vurulması tövsiyyə edilmir. Ən effektiv müalicəsi cərrahi əməliyyatdır.Vətəri yatağı açılır və vətər kompressiyadan azad edilir.