Övladım məktəbə hazırdır ?

MƏKTƏBƏ BAŞLANĞIC 
"ÖVLADIM MƏKTƏBƏ HAZIRDIR" ?

Sentyabr ayının gəlişi ilə övladları məktəbə yeni başlayacaq valideynlərin narahatçılıqları artmağa başlayır. Bir tərəfdən övladının məktəbə başlamasının xoş duyğularını yaşayan ailə, digər tərəfdən uşağını evdən kənar, ailə qoruması olmayan bir mühitə göndərmənin gərginliyi ilə üz-üzə qalır. "Övladım məktəbə hazırdır" ? ,"Yeni mühitdə güvəndə olacaq" ? , "Digər şagirdlər ilə dost ola biləcək" ? tərzdə suallar hər bir valideynin günlük düşüncəsinin mühüm bir parçasına çevrilir.

"MƏKTƏBƏ HAZIR OLMA" NƏDİR?
Məktəbə Hazırlıq; dil, oxuma-yazma inkişafı, özbaxım bacarıqları, şüur və ümumi məlumatlılıq dərəcəsi, öyrənmə metodları, fiziki sağlamlıq, motor inkisaf və sosio-emosional inkişaf kimi faktorların tamamlanması olaraq dəyərləndirilir. Bu dəyərləndirmə uşağın məktəbə qəbulu sırasında mütəxəssis tərəfindən aparılır. İnkişaf mərhələlərini tamamlamış, məktəb öncəsi hazırlıq və bağça tədrisini almış uşaqların digər uşaqlara nisbətdə məktəbə daha rahat başladıqları izlənmişdir. Lakin fərdi dəyişkənliklərlə birgə ümumilikdə bütün uşaqlar fərqli səviyyələrdə məktəbə adaptasiya və dərslərə davam etmədə çətinliklər ilə üz-üzə qala bilərlər.

QARŞILAŞILAN PROBLEMLƏR;

1.Valideynlərdən ayrılmamaq;
2. Məktəb qorxusu;
3. Digər şagirdlər ilə sosial əlaqayə qatılmama; 
4. Müəllim ilə ünsiyyət qurmama;
5. Məktəb və sinif qaydalarına uymada çətinlik;
6. Diqqət əksikliyi və hiperaktivlik;
7. Öyrənmə çətinliyi;
8. Ev tapşırıqlarını yerinə yetirmədə çətinlik və.s.

VALİDEYNİN ROLU.


Məktəbə uyğunlaşma problemləri sadəcə uşaqlardan deyil, eyni zamanda valideynlərdən də qaynaqlana bilər. Valideynlərin məktəb və ya müəllimə qarşı olan güvənsizliyi, uşaqlarda məktəbin güvənsiz və təhlükəli məkan olması düşüncəsini yarada bilər. Əsasəndə məktəb öncəsi tədris və ya bağça mühitlərinə daxil olmayan uşaqlarda məktəb məfhumu bəlirsiz olduğundan,  bu qorxu özünü daha çox biruzə verə bilər. Valideynlərin məktəb başlamadan öncə övladlarını məktəb haqqında məlumatlandırmaları, məktəbi ziyarət etmələri, sinif mühitini tanıtmaları onların bu qorxusuna qalib gəlmələrində faydalı olacaqdır. Məktəbin əyləncəli, dostluqların qurulduğu, yeni məlumatların öyrənildiyi bir məkan olaraq tanıyan uşaq bu mühitə daxil olmaqda daha istəkli olacaqdır. Müəllim və Valideyn arasında qurulacaq güvənə dayanan əlaqə isə, valideyn məktəbdə olmasa belə onun güvəndə olacağı rahatlığını verəcəkdir. Məktəb ilə bağlı hər hansı bir narahatçılığınızı uşaqlara bəlli etmədən həll etməniz faydalıdır. Gün başlanğıcında onları dərsə göndərərkən rahat bir üz ifadəsi ilə sağollaşmanız, dərs bitimində onları götürəcəyinizi söyləməniz və məktəbdən tam zamanında götürməniz lazımlıdır. Vədalaşmanı qısa tutmaq daha yararlıdır. Gün sonunda birgə edəcəyiniz planlardan ona bəhs edərək dərs gününü daha həvəsli keçirtməsinə kömək edəbilərsiz. Yenədə ilk günlərdə valideyndən ayrılmağa şiddətli etiraz bildirən, ayrılma qorxusu yüksək olan şagirdlərin valideynləri, müəllimin yönləndirməsi ilə sinifdə qısa müddət əyləşərək uşağın uyğunlaşmasına kömək edə bilərlər. Bu müddətin gedərək azalan sıxlıqlarda olması mühümdür.

Məktəbə uyğunlaşma problemlərinin ilk iki-üç həftə ərzində müəllim-valideyn birgə dəstəyi ilə həll olunması gözlənilir. Əgər bu problemler bir aydan daha uzun çəkirsə mütəxəssis dəstəyi üçün müraciət edin.

Uzm. Psixoloq Əminə Qurbanlı.