Körpələrə ən çox qoyulan 4 səhv diaqnoz

Ölkəmizdə körpələrə ən çox qoyulan 4 səhv diaqnoz:

  1. Kəllədaxili təzyiq.
    2. Timus.
    3. Hipoksiya (oksigen catışmazlığı).
    4. Nevroloji uşaq

Bu xəstəliklər uşaqlara ən çox qoyulan səhv diaqnozlardır. Ölkəmizdə bu xəstəliklər səbəbiylə kurs müalicələr alan yetərli sayda körpə uşaq vardır. Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99%-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır. Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə də bütün valideynlərə tövsiyəmiz uşaqlarına qarşı daha diqqətli olmaları və yersiz yerə körpələri kurs müalicələrə məruz qoymamaqlarıdır.

Uzm. Dr. Altay Abdullaoğlu Pediatr-Neonatoloq