Cinsi zəifliyin psixoloji səbəbləri

Cinsi zəifliyin psixoloji səbəbləri.

  • Kəskin ifadə olunmuş naratahlıq.
  • Psixo-emosional travmalar.
  • Münasibətlərdə problemlər.
  • Depresiya
  • Cinsi əlaqə qorxusu

 
Cinsi zəifliyə gətirib çıxaran psixogen pozulmaların ən geniş yayılmış forması - uğursuzluğun səksəkəli gözləmə sindromudur. Çox zaman vəziyyətdən irəli gələn cinsi uğursuzluq öz gücünə şübhənin yaranmasına və növbəti cinsi yaxınlığa hiper nəzarətə səbəb olur.

Mümkün ola biləcək uğursuzluq qarşısında qorxu ...

Bu qorxular nə qədər güclü olarsa, onların gerçəkləşmə ehtimalı bir o qədər yüksək olacaqdır (özünü inandırma prinsipi üzrə).
Zaman keçdikcə uğursuzluq qarşısında qorxu cinsi əlaqəyə qarşı marağın zəifləməsinə (çəkinməyə), özünə hörmətin itməsinə və inamsızlığa qalib gəlmək üçün cəhdə (bu adətən cinsi aktın səmimiliyini pozur və onu həzzdən nə isə bir “hərəkətə” çevirir) səbəb ola bilər.


Uzman Dr. Azər Bağırov Psixiatr