Kişilərdə hormonal pozğunluqlar

Son illər təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində yayılan ən böyük problemlərdən biri də sonsuzluqdur. Bu problemin bir çox səbəbi ola bilər. Onlardan biri hormonal pozğunluqlardır. Qanda testosteron hormonunun səviyyəsinin azalması (hipoqonadizm) zamanı spermatogenez prosesi də pozulur. Buna səbəb isə xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələri isə xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. səbəblərə görə zədələnə bilər.

Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən müalicəyə daha çətinliklə tabe olurlar.

Kişi sonsuzluğunun müalicəsinin gedişatında müxtəlif hormonal preparatların tətbiq edilməsi ilə onun hormonal fonunu normallaşdırmaq olmursa, müxtəlif süni mayalanma üsullarından - süni inseminasiya, donor spermasından istifadə edilməsi, EKM-dan istifadə olunur.


Uzm. Dr. Fariz Cəbiyev Uroloq-Androloq