Xroniki Yorğunluq Sindromu Nədir ?

Mövsümdən aslı olmayaraq, bəzilərimiz üçün günlər sanki kürəyində daş dolu bir çanta ilə dağa çıxmağa bənzəyir. Hər gün yorğunluq içində keçir və nə qədər dincəlsək də heç cür özümüzə gələ bilmirik. Səhərlər çətinliklə oyanır və günə enerjili və sürətli başlamaq üçün qəhvə və ya siqaret kimi vasitələrə ehtiyac duyuruq.
Əzələ ağrıları, yuxu pozğunluqları, zehni qabiliyyətin pozulması, allergiyalar və boğaz yanması bu duruma aid olan əsas göstəricilərdir. Bu duruma nəzərən, günümüzün yaşam gözləntilərinə cavab verə bilməsi üçün yüksək səy göstərməsinə baxmayaraq, bədənimiz məruz qaldığı durumdan əziyyət çəkdiyi üçün depressiya və həyəcan, təşviş pozuntusu ilə mübarizə aparmaq məcburiyyətində qalır.

Xroniki yorğunluq sindromu bir neçə ay davam edən boğaz, əzələ ağrısı, sıxıntı və diqqət toplamada əksiklik kimi xüsusiyyəltərlə özünü göstərən, davamlı və təkrarlayıcı baş verməsindən əlavə, bir çox orqanlara mənfi təsir edəcək xəstəlikdir. Xroniki yorğunluq sindromu fiziki, zehni və duyğusal xüsusiyyətlərə malik, uzun müddət davam edən, davamlı və təkrarlayıcı olmasından əlavə olaraq aşağıda qeyd olunan simptomlar da nəzərə çarparsa, o zaman həmin insanda xroniki yorğunluq sindromu olması dəqiqdir.

  • Diqqət pozğunluğu və unutqanlıq
  • Əzələ ağrısı
  • Boğaz ağrısı
  • Halsızlıq və bitklik
  • Narahatedici yuxu pozğunluqları
  • İdman sonrası keçməyən yorğunluq
  • Sıxılma
  • Enerji itkisi
  • Narahatlıq və neqativ hallar
  • Depressiv duyğulanma

 

Uzm. Psixiatr Azər Bağırov