Panik atak zamanı nə etməli ?


PANİK ATAK ZAMANI NƏ EDİLMƏLİ? 

Panik atak anidən gələn və təxmini 10 dəqiqə (daha qısa və ya uzun ola bilər) çəkə bilən şiddətli şəkildə həyəcanlı, gərgin olma halıdır. Bu zaman ürək döyüntüsü arta, baş fırlana bilər, insan o an içərisində özünü və ətrafını tanımaya bilər, özünün öləcəyini və havalanacağını düşünər.. 

BU ZAMAN NƏ EDƏ BİLƏRİK?
1) Fərd Panik Atak gəlmədən öncə nə ilə məşğul olubsa mümkün olduğu qədər ona davam etməsi məsləhətlidir. Atak şiddətləndiyi zaman bu məşğuliyyət dayandırıla bilər. Bu zaman diqqətinizi ətrafdakı əşyalara və ya insanlara yönləndirməyə çalışın. 

2) Panik Atak sırasında ani və sürətli şəkildə artan nəfəsinizi kontrol altında saxlamaq cox vacibdir. Bunun üçün öncədən məşq etmək faydalıdır. Nəfəsinizi burnunuzdan alaraq 3-ə qədər aramla sayın ve ağzınızdan verin . Abdominal nəfəs almaq bu hallarda insanları rahatlaşdıra bilər. Havanı mədənizə doldurmağa çalışın. Sağ əlinizi sinənizə, sol əlinizi mədənizə yerləşdirin. Nəfəs alarkən sağ əlinizin sabit qalmasına, sol əlinizin tərpənməsinə diqqət yetirin. Nəfəsinizi çox az saxlayın (3-ə qədər saya bilərsiniz) və verin. 

3) Özünüzlə danışın. Bədəninizdə baş verən əlamətlərin yüksək gərginlikdən qaynaqlandığını özünüzə təkrar edin: "Ürəyimin sürətlə döyünməsi hazırki həyəcanımdan qaynaqlanır. Bu hal məni dəli etməyəcək ve öldürməyəcək. Bir müddət gözlədikdən sonra bu duyğular və əlamətlər keçəcək”.

4) Əlamətlər azalmağa başladıqda etdiyiniz məşğuliyyətə davam edin.

Şiddətli və ani gələn panik atak zamanı yanınızda birisinin olması və sizə hərşeyin keçəcəyini söyləməsi faydalı olabilər. Ətrafınızdakıları Panik Atak ilə bağlı məlumatlandırmağa çalışın. Əgər panik ataklar davamlı olaraq baş verir ve siz bir sonrakı atakın nə zaman gələcəyini gözləyirsinizsə mütəxəssisə müraciət etməyə çalışın.

 

Uzm. Psixoloq Əminə Qurbanlı