Diabetik Nefropatiya (böyrək xəstəliyi)

Əgər şəkər xəstəliyiniz varsa diabetik nefropatiyanı istisna etmək üçün ildə bir dəfə həkim göstərişi ilə sidik təhlillərini etdirin. Eyni zamanda böyrəklərin funksiyalarına nəzarət etmək üçün kreatinin qan testi də verilir. Böyrək xəstəliyinin gedişatına təzyiqin təsiri də olduğu üçün, sizi təqib edən həkim təzyiqi də nəzarətdə saxlayacaq. Təzyiq 130/80-dən yuxarı olmamalıdır. Diabetik Nefropatiyanı önləmək pasient şəkərini daim kontrolda saxlamalı, qidalanmasına diqqət etməli, gündəlik idman məşqlərini ( ən azından piyada gəzməyi ) ehmal etməməlidir.