Əyriboyunluq( Tortikolis)

Əyriboyunluq (latınca torus-bükülmüş,kolis-boyun)  uşaqlarda çox sıx rast gəlinən şikayətlərdən biridir.

Bu zaman  uşağın boyun hərəkətlərində məhdudiyyət olur,baş qısalmış SKM  əzələsinə doğru,çənə  isə normal tərəfə doğru əyilmiş şəkildə görünür.Anadangəlmə və qazanılma səbəblərdən yara bilər.Anadangəlmə səbəblərdən yaranan əyriboyunluq daha çox rast gəlinir və  əsas 2  fikir üstünlük təşkil edir.1.Ana bətnində anormal  fetal vəziyyət( uşaqlıqda başin düzgün olmayan vəziyyəti  Döş-körpücük-Məməyəbənzər əzələnin-SKM tək tərəfli fibroza yol açan bir uşaqlıq içi kompartman sindromuna səbəb olması-daha çox çanaq gəlişində) ,2.Doğuş zamanı travmalar.( SKM əzələsinin doğuş zamanı travma alması və əzələiçi qanamaya səbəb olaraq əzələnin fibrozlaşmasına səbəb olması-çətin keçən doğuşlarda). Həmçinin SKM əzələsinin anadan gəlmə şiş xəstəliklərinində səbəb olduğu bilinir.

SKM əzələsinə bağlı  əyriboyunluğu aşağıdakı əyriboyunluğa səbəb olan hallardan ayırmaq lazımdı.

1.Uşaqların boyun fəqərəsi xəstəliklərində( müxtəlif istiqamətlərdə əyilmələr) zamanı.

2.Görmə fuksiyasının pozulmasında( kompensator olaraq).

Diaqnozu əsasən klinik müayinələrə əsasən qoyulur.Həmçinin boyun fəqərələrinin A-P və Lateral rentgen,SKM əzələsinin USM müayinəsi,oftalmoloq müayinəsi olunur.

Müalicə.Bu xəstəlik müalicə olunmadıqda özü-özünnən keçə bilən və ya kranialfasial assimmetriya ( baş və üzdə simmetriyanın pozulması) səbəb ola bilir.Əksər hallarda bir neçə aylıq gərmə müalicəsi (yenidoğulmuşlarda  valideynlər qısalmış SKM əzələsini uzatmaq üçün  yumşaq şəkildə passif gərmə hərəkətlərini edə bilər,daha böyük uşaqlarda 6-8 aydan yuxarı aktiv gərmə hərəkətləri  edilir) və düzgün pozisiya( Uşaq əmizdirilərkən çənəni patologiya olan tərəfə doğru döndürüləcək şəkildə tutmaq,çənəni patologiya olan tərəfə döndürmək üçün oyuncaqları o tərəfə yerləşdirmək və ya o tərəfdən vermək).Müalicənin effektliyi müalicə başlama vaxtından( daha erkən müalicə),edilən düzgün konservativ müalicədən çox asılıdır.Daha gec müraciət olunan hallarda üzdə assimmetriya meydana çıxır,bu zaman cərrahi əməliyyat qaçınılmaz olur.Əməliyyat sonrası boyunluq və erkən fizioterapiya almağın vacibliyini unutmaq olmaz.Cərrahi əməliyyat nəticələr isə çox yaxşıdır.