ƏMGƏK NƏDİR ?

Əmgək baş nahiyəsində çox qalın elastik və çox qalın toxumadan  ibarət olub üzəri qalın dəri toxuması ilə bağlıdır,yenidoğulmuş dövründə olur.Əmgək ölçüsü  valideynləri çox narahat edən durumdur. Bəzi  vaxtından əvvəl doğulmuş uşaqlarda kiçik əmgək də açıq ola bilər.(0.5-2.2 mm -ə qədər və 2-3 ayında bağlanır.) Böyük əmgək 3 ayında bağlandığı kimi 2 yaşına qədər açıq qala bilər.Bunun uşaq orqanizminə heç bir ziyanı yoxdur. Ümumiyyətlə,əmgək bağlansa da bu başın ölçülərinin kiçik qalması anlamına gəlməz. Çünki başda kəllə sümükləri arasındakı yerləşən digər tikişlər hesabına o böyüyür. Əgər baş dairəsinin ölçüsü uşaqda ayına uyğun artarsa və uşağın nevroloji statusu yaşına uyğundursa onda heç bir KƏLLƏDAXİLİ TƏZYİQDƏN söhbət  gedə bilməz.Bu zaman ən böyük yanlış vit D –nin kəsilməsidi. Vitamin D-ni mütləq davam etmək lazımdır. Əmgək açıq olduqda isə kalsium preparatı verilir.Hansı ki,bu preparat bu zaman verilməz,heç bir effekti yoxdur. Bəzi uşaqlarda baş dairəsi böyük və ya forması bir az dəyişik olur. Bu zaman narahat olmaq lazım deyil. Belə ki,uşaqlarda baş forması 1 yaşına kimi özü özünə düzəlir. Bəzən hətta bu zaman uşaqlara baş massajı edilir. Olmaz,bu massajın heç bir effekti yoxdur. Uşaqlar yenidoğulmuş dövründə çox uzanıqlı vəziyyətdə olduqları üçün baş verir. Lakin onlar oturma,iməkləmə prosesinə başladıqları dövürdə öz normal formasına qayıdır.Bəzən genetik valideynlərin baş formasına da oxşayır.Bu zaman da heç bir müalicə effekt verməz. Valideynlər bəzən əmgəyi uşağın saçını daradıqda zədələyə biləcəyini düşünürlər.Lakin bu halda əmgək zədələnməz.