Süni mayalanma

Azərbaycanda yeni evlənən hər 6 ailədən 1-i müalicəsi mümkün olmayan sonsuzluqla üzləşir.

Bunların da əksəriyyəti süni mayalanmaya ehtiyac duyur.

Süni mayalanma üçün yumurta, sperma və uşaqlığın olması şərtdir. Üstəlik uşaqlığın sağlam olması lazımdır.

Uşaqlığın içərisində bitişmə olmamalıdır, polip, düyün, hiperplaziya, endometrit olmamalıdır.

Uşaqlığın içindəki patologiyalar süni mayalanmanı çətinləşdirir. Habelə yumurtanın da keyfiyyətli və çox olması vacibdir. 
Hər yumurta mayalanmaya bilir.

Yaş artdıqca yumurta sayı və keyfiyyəti azalır. Bəzən kriptorxizm uzun sürdükdə qarın temperaturunda xayalarda sperma tapmaq olmur.

Məhz buna görə də xayalar xayalıqda olmalıdır ki, burda normal sperma yaransın.