YUXU POZĞUNLUĞU NÖVLƏRİ

İNSOMNİA-YUXUSUZLUQ: Yuxuya getmə çətinliyidir. İnsomnia - günlük yaşantımızda sıxlıqla qarşımıza çıxmaqdadır. Bu növ yuxusuzluq, gizlində olan ciddi bir psixiatrik xəstəliyin xəbərçisi ola bilər. Bu səbəblə, diqqətli şəkildə kontrol edilməsi lazımdır.


HİPERSOMNİA-HƏDDİNDƏN ARTIQ YATMAQ:  Bu xəstəlik, "AŞIRI YUXU" və "GÜNDÜZLƏR MÜRGÜLƏMƏ" olaraq 2 qrupa ayrılır. Hipersomnia-ümumilikdə digər psixiatrik xəstəliklərlə birlikdə müşahidə olunur.Nadir hallarda, bu duruma hər hansı psixoloji problem yaşanmadıqda rast gəlinir.Hipersomnia hər zaman patoloji hal olmaya bilər. Şəxsiyyət xüsusiyyətlərinin və ya ailəvi uyğunluğun hipersomniaya yol açdığı qəbul edilməkdədir. Əlavə olaraq, irəlilədikcə ağciyər, qaraciyər xəstəliklərində, beyin kütlələrində və ürək çatışmazlıqlarında da hipersomnia əlamətləri ola bilməsindən dolayı, hipersomnia xəstələri mütləq həkimə müraciət etməlidirlər.